SON XƏBƏRLƏR

QVİNEYA-BİSAU PREZİDENTİNİ ÖLDÜRDÜLƏR

2021.10.20, 07:36
QVİNEYA-BİSAU PREZİDENTİNİ ÖLDÜRDÜLƏR

Gunaz.tv
QVİNEYA-BİSAU PREZİDENTİNİ ÖLDÜRDÜLƏR gvineyaninprezidenti_1_iceri.jpg Qvineya-Bisau prezidenti Juan Bernardu Vieyra qətlə yetirilib. Bu gün səhər qiyam qaldırmış hərbçilər dövlət başçısını rezidensiyasının qarşısında güllələyiblər. Hərbçilərin hadisədən bir neçə saat əvvəl bomba partlayışı ilə öldürülmüş Silahlı Qüvvələrin Baş Qərargah rəisi Taqme Na Vayenin qisasını aldıqları bildirilir. Qiyamçıların fikrincə, qərargah rəisinin qətlini prezident sifariş edib. Son həftələr Qvineya-Bisauda prezidentlə ordunun münasibətləri kəskin şəkildə pozulub və martın 1-də küçə döyüşlərinə gətirib. Qərbi Afrika ölkəsi olan Qvineya-Bisau Portuqaliya müstəmləkəçiliyindən 1974-cü ildə qurtulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar