SON XƏBƏRLƏR

İran adlanan yer bomba üçün lazımi urana malikdir - ABŞ

2021.10.20, 07:36
İran adlanan yer bomba üçün lazımi urana malikdir - ABŞ

Gunaz.tv
İran bomba üçün lazımi urana malikdir - ABŞ 200502070046077febirannuke.jpg Amerika ordusunun Birləşmiş Qərargahlar Komitəsinin sədri, admiral Mayk Mallen deyib ki, İran bomba istehsal etmək üçün kifayət miqdarda nüvə materialına malikdir. "Səmimi desəm, biz bu fikirdəyik. İranın nüvə silahına malik olması isə, fikrimcə, region və dünya üçün pis bir nəticədir." İki həftə əvvəl BMT-nin Beynəlxalq Atom Energetikası Agentliyi Tehranın nüvə materialı ehtiyatına malik olduğunu bildirmişdi. Bəzi fiziklər hesab edirlər ki, bu ehtiyat bir bomba düzəltmək üçün kifayətdir. Lakin ABŞ-ın müdafiə naziri Robert Geyts qəti fikir bildirmək fikrində deyildi. O demişdi ki, hazırda diqqət İranın nüvə silahı proqramını tərk etməsinə yönəldilib. "Onlar hələ ki, ehtiyata malik olmağa yaxın deyillər. Onlar hazırda silah əldə etməyə yaxın deyillər." Prezident Barak Obama bəyan edib ki. nüvə silahı yaratmasının qarşısını almaq üçün, Tehranla diplomatik kanallarla əlaqə yaratmağa hazırdır. O ölkənin nüvə proqramını, beynəlxalq aləmin məşğul olmalı olduğu "təcili problem" kimi təsvir edib.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar