SON XƏBƏRLƏR

PREZİDENTLİYƏ NAMİZƏD ETTELAAT RƏHBƏRİNƏ ETİRAZ MƏKTUBU YAZIB

2021.10.20, 07:36
PREZİDENTLİYƏ NAMİZƏD ETTELAAT RƏHBƏRİNƏ ETİRAZ MƏKTUBU YAZIB

Gunaz.tv
PREZİDENTLİYƏ NAMİZƏD ETTELAAT RƏHBƏRİNƏ ETİRAZ MƏKTUBU YAZIB mehdikerrubi_iceri.jpg Mehdi Kərrubi İslahatçı Milli Etimad Partiyasının rəhbəri, prezidentliyə namizəd Mehdi Kərrubi İran təhlükəsizlik naziri – ETTELAAT rəhbəri Qulamhüseyn Möhsüni Ejeiyə ünvanladığı məktubda Qonabad dərvişlərinin xanəgahının dağıdılmasını pisləyib. Fevralın 19-na keçən gecə İsfahan ETTELAAT idarəsi əməkdaşları Qonabad dərvişlərinin ibadətə toplaşdığı xangahı buldozerlə dağıdıb. məktubda deyilir: «Son üç ildə Qum, Kərəc, İsfahan, Brucerd və digər şəhərlərdə dərvişlərə məxsus hüseyniyyələr hücuma məruz qalaraq dağıdılıb. Bu hüseyniyyələr hansı məhkəmənin hökmüylə dağıdılıb? Qonabad dərvişləri hansısa cinayət törədiblərsə, onlara qarşı iş açılmasının qanuni əsasları açıqlanmalıdır». Son bir neçə ildə hökumət qüvvələri İranın müxtəlif şəhərlərində fəaliyyət göstərən və dərvişlərə məxsus bir neçə hüseyniyyəni dağıdaraq həmin yerlərdə ibadətlə məşğul olanları həbsə salıblar. Siyasi ekspertlərin fikrincə, Qonabad dərvişləri islamın başqa bir formasını təbliğ etdikləri üçün hökumət onları rəqib və potensial təhlükə sayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar