SON XƏBƏRLƏR

Barak Obama bildirib ki, İranın nüvə proqramı məsələsinin həll olunması Avropada raketdən müdafiə sisteminin yaradılmasına ehtiyacı aradan qaldıra bilər

2021.10.20, 07:36
Barak Obama bildirib ki, İranın nüvə proqramı məsələsinin həll olunması Avropada raketdən müdafiə sisteminin yaradılmasına ehtiyacı aradan qaldıra bilər

Gunaz.tv
ABŞ prezidenti rusiyalı həmkarına müraciət ünvanlayıb obama_medved_02_03_09.jpg Barak Obama bildirib ki, İranın nüvə proqramı məsələsinin həll olunması Avropada raketdən müdafiə sisteminin yaradılmasına ehtiyacı aradan qaldıra bilər Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Rusiya prezidenti Dmitri Medvedyevə müraciət ünvanlayıb. Ağ ev rəhbəri bildirib ki, əgər Moskva və Vaşinqton İranla danışıqlarda vahid cəbhədən çıxış etsələr, onda Amerikanın Avropada yaratmaq istədiyi raketdən müdafiə sistemini yaddan çıxarmaq olar. Bu barədə «Kommersant» qəzeti məlumat yayıb. Bildirilir ki,Vaşinqton hələ bu təklifinə cavab almayıb və çətin ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Cenevrədə keçirəcəyi görüş bu suala aydınlıq gətirsin. Əsas ümid isə prezidentlər Dmitri Medvedev və Barak Obamanın qarşıdan gözlənilən görüşünədir. Verilən məlumata görə, bu həftə Hillari Klinton və Sergey Lavrov ABŞ və Rusiya prezidentlərinin görüşünün konkret vaxtını razılaşdıracaqlar. İki öıkə prezidnetinin "Böyük İyirmiliyin" London sammiti çərçivəsində görüşü gözlənilir. Rusiya prezidenti İspaniya kütləvi informasiya vasitələrinə müsahibəsində Avropada raketdən müdafiə sisteminin yaradılması məsələsini Londonda Barak Obama ilə müzakirə etmək, həmçinin ABŞ-ın yeni adminstrasiyasının Corc Buş dövründən fərqli olaraq bu məsələyə daha yaradıcı və tərəfdaşlıq nöqteyi-nəzərindən yanaşacağına ümid etdiyini bildirib. O , amerikalı həmkarları tərəfindən artıq bu cür siqnalların ötürüldüyünü bildirərək, bunun konkret təkliflərə çevriləcəyinə ümid bəslədiyini deyib./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar