SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ DAHA BİR AZƏRBAYCANDİLLİ NƏŞRƏ QADAĞA QOYULDU

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ DAHA BİR AZƏRBAYCANDİLLİ NƏŞRƏ QADAĞA QOYULDU

Gunaz.tv
Yəzd Universitetinin azərbaycanlı tələbələrinin təşəbbüsü, Vəhid Əsğərinin baş redaktorluğu ilə Azərbaycan və fars dillərində çıxan «İşılay» tələbə jurnalının 2-ci sayına qadağa qoyulub. Yəzd Universitetinin rəhbərliyi və yerli ETTELAAT idarəsi jurnalın fəaliyyətini qanunsuz adlandırıb. Jurnalın 1-ci sayında Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan milli kimliyi barədə müxtəlif yazılar dərc edildiyi bildirilir. İranın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrin Azərbaycan türkcəsində çıxardığı qəzet və jurnalların fəaliyyətinə təzyiqlərin gündən-günə artdığı vurğulanır. Son zamanlar «Ulus», «Nəsim», «Araz», «Özlük», «Oyanış», «Səttarxan», «Kimlik», «Yoldaş», «Yağış», «Aydın Gələcək», «Qıpçaq», «Günəş», «Yarpaq», «Tələngər», «Çənlibel», «Yaşıl yol», «Ana Yurd», «Səhər», «Açıq Söz», «Sayan», «Bulud» və «Xələc» kimi nəşrlərin fəaliyyətinə qadağa qoyulub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar