SON XƏBƏRLƏR

Ermənilər dedilər ki, ordularındakı əsgərlərə geyinməyə ayaqqabı, yeməyə çörək vermirlər

2021.10.20, 07:36
Ermənilər dedilər ki, ordularındakı əsgərlərə geyinməyə ayaqqabı, yeməyə çörək vermirlər

Gunaz.tv
“Ermənilər dedilər ki, ordularındakı əsgərlərə geyinməyə ayaqqabı, yeməyə çörək vermirlər” esirrrr.jpg Azərbaycan tərəfinə keçən üç erməni hərbçisini tutaraq, əsgərlərimizə təhvil verən ailənin üzvü APA-ya danışıb “Ötən gecə saat 1.00 radələrində həyətdə səs-küy eşitdim. Anam Zümrüd Əliyeva, bir də mənimlə qardaşım Xaləddin çölə çıxdıq. Qapımızda üç nəfər vardı, əsgər idilər. Biri qaçmaq istədi, ancaq qardaşım onu tutdu. Birindən də mən yapışdım. O birisini isə anam saxladı. Anam erməni dilini bilir, onları arxayın elədi ki, toxunmayacağıq. İçəri girən kimi anam onların üst-başını yoxladı. Birinin üstündə üzqırxan, dəsmal, diş pastası vardı”. Bunu APA-ya açıqlamasında Azərbaycan tərəfinə keçən erməniləri saxlayan Əliyev Pərviz Şahin oğlu deyib. “Qışın ortasında ayaqlarında üstü açıq ev başmağı vardı. Əvvəlcə Azərbaycan hərbçilərinə bu barədə məlumat verdik. Onlar bizə danışdılar ki, hərbi hissələrində dözülməz şərait var, heç kim ordu ilə maraqlanmır. Biri dedi ki, Rusiyadan təzə gəlib, onu məcburi şəkildə hərbi xidmətə gətiriblər. Dedi ki, hərbi hissələrində vəziyyət olduqca ağırdır, əsgərlər baxımsızlıqdan əziyyət çəkirlər. Bəzilərinin geyinməyə ayaqqabısı, yeməyə çörəyi yoxdur”. Xatırladaq ki, Əliyevlər ailəsi Xocalı şəhərindən məcburi köçkün düşüb, o vaxtdan da Ergi düzündə məskunlaşıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar