SON XƏBƏRLƏR

Amerikalı konqresmen: "Türkiyə-Ermənistan sərhədi 2009-cu ildə açıla bilər"

2021.10.20, 07:36
Amerikalı konqresmen: "Türkiyə-Ermənistan sərhədi 2009-cu ildə açıla bilər"

Gunaz.tv
Amerikalı konqresmen: "Türkiyə-Ermənistan sərhədi 2009-cu ildə açıla bilər" robert_veksler_018.jpg ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin və Türk-Amerika Dostluq Qrupunun üzvü Robert Veksler maraqlı açıqlamalar verib Türkiyədə səfərdə olmuş ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin və Türk-Amerika Dostluq Qrupunun üzvü, Floridadan olan konqresmen, demokrat Robert Veksler maraqlı açıqlamalar verib. Türkiyənin "Milliyyet" qəzetinin məlumatına görə, R. Veksler Türkiyənin Ermənistanla sərhədləri açaraq əlaqələri normallaşdırmaqla bağlı fəaliyyətə başladığını müşahidə etdiyini deyib. O, Türkiyə-Ermənistan əlaqələrinin bərpası üçün tarixi bir məqamın yarandığını, sərhədlərinin açılması və əlaqələrin yaxşılaşması ilə bağlı ehtimalların olduğunu qeyd edib: “Türkiyə-Ermənistan əlaqələrində tarixi bir fürsət yaranıb. İki ölkə arasında ən yüksək səviyyədə əlaqələrin qurulmasına, sonra da sərhədlərin açılmasına, qarşılıqlı əlaqələrin normallaşmasına gətirib çıxaracaq bir dövrdəyik. İki ölkənin 2009-cu ildə bir-biri ilə əlaqələrini sıxlaşdırması, sərhədlərin açılması ehtimalları var, daha sonra isə qarşılıqlı əlaqələr qurula bilər”. Veksler bu il fevralın 16-17-də Türkiyədə prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyip Ərdoğanla görüşüb. O, görüşlərində Davosdan sonra yəhudi diasporu ilə gərginləşən münasibətlər haqqında məlumat alıb, həmçinin Ermənistana qarşı atıla biləcək addımları müzakirə etmişdi./ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar