SON XƏBƏRLƏR

Elmar Hüseynovun qətlindən dörd il keçir

2021.10.20, 07:36
Elmar Hüseynovun qətlindən dörd il keçir

Gunaz.tv
Elmar Hüseynovun qətlindən dörd il keçir 580ff3b7-4bc9-47e5-9158-22587ac247c2_w203_s.jpg Elmar Hüseynovun ölümündən ilyarım sonra həyat yoldaşı və oğlu Norveçə mühacirət edib Martın 2-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin dördüncü ildönümü tamam olur. Jurnalist təşkilatları martın 2-i saat 4-də mərhum jurnalistin qəbri üstündə onun xatirəsini anım mərasimi keçirəcəklər. Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İşin istintaqını Milli Təhlükəsizlik Nazirliyi aparır. Azərbaycanın hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb. Elmar Hüseynovun ölümündən ilyarım sonra onun həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar