SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ ANA DİLİ və SU İSTƏYƏNLƏR CƏZALANIR

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ ANA DİLİ və SU İSTƏYƏNLƏR CƏZALANIR

Gunaz.tv
İRANDA ANA DİLİ və SU İSTƏYƏNLƏR CƏZALANIR Beynəlxalq Əfv Təşkilatının bəyanatı bundan bəhs edir S.SOLTAN Beynəlxalq ictimaiyyətin rəyinə məhəl qoymayan Tehran hakimiyyəti Azərbaycan türklərinə qarşı təzyiqləri artırmaqdadır. "Amerikanın səsi" radiosunun yaydığı xəbərə görə, Beynəlxalq Əfv Təşkilatı mərkəzi Urmiya olan Qərbi Azərbaycan əyalətinin Qızıl Xənəyə (farslaşdırılaraq indi belə adlanır - "Xanegehesorx") kəndində baş verənlərlə bağlı bəyanat yayıb. Həmin sənəddə 30-dan çox sünni məzhəbli Azərbaycan türkünün həbs edilməsi, polisin bölgəyə yeridilməsi, habelə etirazçıların hakimiyyət qüvvələri tərəfindən zora və işgəncəyə məruz qalması öz əksini tapıb. Bəs kəndlilər nə istəyirmişlər? Gəlmə kürdlərin su oğurluğunun qarşısının alınmasını. Vəssəlam. Xatırladaq ki, məhkəmə kənd sakinləri Süleyman İbrahimi, Məhəmməd Səmədzadə, Mürtəza Cəfəri, Allahverdi Aslani, Məhəmməd Manafzadə, Eyyub Əzizpur, Əkbər Rüstəmi, Merac Əlipur, Səid Cəfərpur, Məcid Quluzadə və Ziyad Cəfərpur barəsində iki il şərti həbs, bir il müddətinə Minab şəhərinə sürgün cəzası və şallaq zərbəsi qərarı çıxarıb. Bundan başqa, Bəhruz Məcidi bir il şərti iş, bir il müddətinə Minaba sürgün, 74 şallaq, Bərzad Nizami Əfşar, Miqdad Nizami Əfşar və Məhəmməd Əşrəfiyə isə 6 il şərti iş kəsilib. Təşkilatın bəyanatında Ərdəbildəki yerli məhkəmənin Azərbaycan türkcəsində məktəblərin yaradılmasını istəyən 5 azərbaycanlı barəsində 5 il azadlıqdan məhrumetmə cəzası haqda qərar çıxarması da vurğulanır. Daha dörd tələbənin hər birinə bir il iş kəsilib. Təşkilat hakimiyyətdən bu sayaq zorakılığa son qoymağı tələb edib. Mərkəzi Kanadada yerləşən Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasının məsulu Faxtə Zamani bildirib ki, İran hakimiyyəti repressiyaları gücləndirib: "2009-cu il başlayandan bəri Azərbaycan türklərinə qarşı ən sərt cəzalar tətbiq edilir. Bu hüquqlardan biri də dillə bağlıdır. Azərbaycanlılar iqtisadi, mədəni, dil və din sahələrində ayrı-seçkiliyə məruz qalırlar". Yeri gəlmişkən, 1992-ci il fevralın 21-dən başlayaraq UNESCO hər il Beynəlxalq Ana dili gününü qeyd edir. Həmin günün qeyd olunmasında məqsəd dünyada dillərin "ölmə"sinin qarşısını almaqdır. Araşdırmalara görə, dünyada 6 min dil var və hər il neçə-neçə dil sıradan çıxır. Bir çox mütəxəssislər bu baxımdan Güney Azərbaycan türklərinin ana dilinin də məhvolma təhlükəsi ilə üzləşdiyini söyləyirlər. Buna səbəb həmin dildə məktəbin olmaması, milli mədəniyyətin inkişafının qarşısının alınması, milli varlığın danılması göstərilir. Artıq neçə ildir Güney Azərbaycan türkləri beynəlxalq ictimaiyyətin və ölkə rəhbərliyinin diqqətini bu məsələyə cəlb etmək üçün çeşidli tədbirlər keçirməyə cəhd göstərirlər. Ancaq İran rejimi onların bu haqlı tələblərini ödəməkdənsə, azərbaycanlıları polis dəyənəkləri, təzyiq və həbslərlə qarşılayır. Güney Azərbaycanda olduğu kimi, xaricdəki azərbaycanlılar güneyli soydaşlarımızın təbii və qanuni haqlarını müdafiə etmək məqsədilə tədbirlər gerçəkləşdirirlər. Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Marağa, Xoy, Həmədan, Meşkin, Əhər və b. yerlərdə Beynəlxalq Ana dili günü ilə bağlı "Ana dilində təhsil!" tələbi ilə imzatoplama kampaniyası keçirilir.ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar