SON XƏBƏRLƏR

Səhər kanalında Əsgər Fərdi !!! . Böyük Rəsuloğlu

2021.10.20, 07:36
Səhər kanalında Əsgər Fərdi !!! . Böyük Rəsuloğlu

Gunaz.tv
Səhər kanalında Əsgər Fərdi !!! Azərbaycan cuhuriyətinə nifrət püskürən, dövlətimizə və millətimizə olmazın iftiralar yaxan, təhqirlər yağdıran, namusumuza qədər toxunan səhər televiyonu bunlarla bitmir. Fevralın 11-də Əsgər Fərdi ilə dəyirmi masada apardıqları üzdən iraq musahibə və müzakirədəki davranış artıq səbir kasəmi daşırtdı. Sabir bəy Rüstəmxanlının Bakı-da milli düşüncə dairəmizi içərən bir müsahibəsindən bir tikə yayaraq söz Əsgər Fərdiyə verildi. Sapı özümüzdən olan bu balta haqqında geniş məlumat verəcəyəm. Ancaq sözə başlamasından bitiminə qədər Azərbaycan və azərbaycanlıya ağız büzən, əhanət edən, bizim fars qoltuğuna girməkdən başqa bir çarəmizin olmadğına israrla dayanan Əsgər Fərdinin hərəkətləri daha da maraqlıydı. Sabir Rüstəmxanlının adı gələndə, təkcə o deyil, Azərbaycan cumhuriyətinin bütün aydın, şair, siyasətçi və dövlət xadiməlrini aşağılıyaraq, iqtidar müxalifət demədən hamını fars qamçısı ilə vurmağa başladı. Əllərini ölçərək qollarını uzadaraq, üz və ağız formasını, bədən tərpənişi ilə birlikdə deyişərək, millətimizi kiçiltmə cəsarətini oturduğu səndəl üstündə qıvrılıp açılaraq ifadə edirdi. Azərbaycan dövlət başçısının, müsavat partiyasının, Azərbaycan xalq cəbhəsinin, Sabir bəy Rüstəmxanlı daxil olmaqla bütün milli şəxsiyətlərimizin adını dilə gətirərərk, Nardarandakı ziddi milli təzahüratı üzə çəkməklə “ Bakını fəth etməyə yola çıxmışıq”, onda, bunlar hara qaçacaq ifadələrini ima edirdi. Farsçı İran hakimiyətinin gücündən bəhs edən, onların püfü ilə bizim denizə töküləcəyimizi utanmadan dilə gətirən bu satqının, qoçu sayağı barmaq oynatması, Gəcil qapısının bəzi uşaqlarının işlətdiyi ifadələrlə kürəyini ənləndirməsi görməyə dəyər bir səhnə idi. Qırcana-qırcana gərnəşərək gəvşiyən bu satqının millətimizə xəyanətinin nə ilki nədə sonu olacaqdır. Çünki Tehran hakimiyətinin anti Türk, anti Azərbaycan siyasəti, biz, yada onlar dağılınca dəvam edəcəkdir. Səhər televizyonunun verilişləri isə buna əyani bir sübutdur. Fikrimcə, Milli Radyo və Televizyon Şurası “ MTRŞ” Türk dilindən Türk dilinə çevirmək təklifinin yerinə belə müsahibələri qeydə alıb, millətimizə təqdim edərsə millət və dövlətimizə ən böyük xidmət etmiş olacaqdır. Əminəm ki, o və ona tay verilişləri, hadisələrdən xəbərsiz millətimiz görərsə yumuruqlarını düyünlüyərək Tehranın dişlərini qıracaqdır. Top tüfəngin söndürəndən sonra tarix dərsi verməyə, sonra isə insan haqlarına geçərək, sankı bugün dünyada insan haqlarının ən gobud şəkildə pozulduğu ölkədə yaşamır. İnsan haqları quruluşlarının naləsini eşitməmiş kimi danışdı. Azərbaycanda 7000 illik tariximizi farsa bağlıyan Əsgər Fərdi, rəhmətlik cənab Prof Dr. Zehtabi kimilərinin dəlil və sübutlarını inkar etməyi ağalarından öyrənmişsə də, farslığın yalançı tarixini ifşa edən sayin Purpiranın elmi-tetbiqi yazıdıqlarını nədənsə görməyib. insan haqları donunu giyərək Nardaranda yaxalananların hüququnu bütün beynalxalq qurumlarda müdafiə edəcəyini vurquluyan bu adam, beynalxalq əlaqələrini işə salaraq dini və insani borcünü yerinə yetirəcəyini utanmadan ağzına gətirdi. Anti Türk, anti Azərbaycan siyasətlərində, eyni körpüdən geçən fars şovinminin əlində alət olmuş Amerikanın səsi vəya BBC Tv- lərindən başqa görəsən Əsgər Fərdinin hansı beynalxalq qurumda nişanəsi var. Dörd aydır, anadilini istəyən Dr. Abbasi Cavani dəlilsiz zindanda saxlıyan Əsgər Fərdinin ərbabları, leysanlılari, Sərrafiləri, Əkbər Azadları, Həsən Azərbaycanlıları, Raşidi ləri, Heydəriləri, Mətinpurları və yüzlər hətta minlər günahsız 1 Güney azərbaycanlını zəncirə çəkən faşizmin VOA ilə BBC- dən başqa tanışı olarmı? Gərçi, biz öz qəhrəmanlarımızın müdafiəsini yaxşı bilirik və onlara ehtiyacımız yoxdur. Güney Azərbaycanda başımıza gələn bunca bəlalardan, milli haqlarımızı demokrtaik usullarla tələb edən, milli müqəddəratimizi özümüzün təyin etməyimizi vurquluyan milli fəallarımızı zindanlarda çürüdən, işdən qovan, sürgünə sürən bir rejimin nümayəndəsi dünyadan utanmasa, özündən utanmalı, onada gücü çatmasa anasından utanmalı. Görəsən bu fürsət tələblər, millətin qalibiyətindən sonra hara qaçacaqlar vəya nə diyəcəklər. Nardarandakı 5-10 nəfər aldanmışın təşəbbüsü ilə dini duyguları somuraraq İmami Hüseyin meydnıi etdikləri yerdə pullu təzahüratı xalq ayaqlanması tanıtanların ağlı olsaydı, 30 milyon soydaşlarının qara gününə ağlardı. Maraqlı olanı, səhər televizyonunu bu təxribatına rəsmi- qeyri rəsmi, tutarlı bir münasibətin bildirilməməsidir. Bütün azərbaycanlılar bilməldirlər ki, bunların qabağından qaçdıqca qovacaqlar. Azərbaycana uzanan dillər kəsilməli, ayaqlar qırılmalıdır. Bu məqaləni yazmaqdan bir məqsədimdə, sade dil azərbaycanlıları oyandırmaq, bəzi insanların daxilində yatmış şeytanları kəşf etmədən, dəqiq məlumatları olmadan onlara meydan verməməyə çağırmaqdır. 1996-da Azərbaycan Elmlər Akademiyasında, rəhmətlik Prof. Yaşar bəy Qarayevin məqamında “Güney Azərbaycanda Türk ləhcələri” adı altında yazdığım məqaləni müzakirə edərək” ədəbiyat” qazetində yaılması nəzərdə tutlurdu. Otağa bir çəkilş qrupu daxil oldu, başçılarını yaşar bəy mənə tanıtdırdı “ Esgər bəy Fərdi”. İran TV-dən gəlmişlər dedi, bizim akademiya binalarından, universitələrdən, görkəmli binalar və Bakı gözəlliklərindən çəkiliş aparırlar, bunların Güneydə yayılması oradakı millətimiz üçün çox vacibdir dedi. O günə qədər Əsgər Fərdini görməsəmdə onun 1994- də Tehranın ittilaat qazetinde Şumali Azərbaycan haqqinda yazdığı və oranı İran adlandırdığı məqaləsini oxumuşdum. Onun başqa sifətləri haqqında da Yaşar bəyin muavini olan hörmətli dostum Məhərrəm bəy Qasımlıdan eşitmişdim. Nə mənim sözlərim, nədə Yaşar bəy və hörmətli prof. Bəkir bəy Nəbiyevin o illərdə Əsgər Fərdinin o biri tayı olan Şeirdustun, Təbrizə çağıraraq orada incitdikləri təsir etmədi. Başqa ifadə ilə desək, Təbrizdə geçirdikləri “ Xocəndi” yubleyində bu profosorlara söz verilimiyərək, ancaq, farsca məqalələrin oxunmasını görməkdə bəzilərini ayıtmadı. Bu oyunları çıxaran Güneylilər “Azərbaycanı öz tərəqqiləri üçün seçiblər, fars qulluqçularına etimad etmək olmaz, bu filimlərdə Azərbaycanın gözəllikləri deyil, orada çirkinlik axdaracaqlar” sözlərim, bunlara təsir etmədi, onlara yaradılan imkanlar kəsilmədi. Altı ay sonra Əsgər Fərdinin apardığı çəkilşlər “ Qafqazın 17 şəhəri” adı ilə əkrana çıxdı. Abşaron yarımadasında 90 yaşlarında bir qadını tapıp nümunə göstərək, onun “birə “ “yek “ dediyini dəlil kimi gətirib, buraların “farslara” aid olduğunu sübuta çalışdı. Acınacaqlı burasındadır ki, Azərbaycan cumhuriyətində, qarışıqlıqlar dəvam edən o dönəmdə bəzi məsulların bilgisizliyindən suistifadə edərək, bu xainlər o filimləri Azərbaycanla bağladıqları müqavilə əsasında AzTv1-dən yaırlardı. Başını qara quylamışlar heç bunlardan soruşmurdular ki, həmin müqavilə əsasında Azərbaycan televizyonuda Tehrandan Güney üçün program yaymalıdır, hanı bəs. 04.05.1997 – də göstərilən bu veriliş haqqında həmin gün etiraz dolu bir məqalə yazaraq Bakı-da çıxan cümhuriyət qazetinin, 05.05.1997 tarixli sayında dərc etdirdiyimə görə burada sözü çox uzaltmıram. Ama, o qazetin gənc müdiri milli təfəkkürlü sayın Yadıgar 2 bəyi yad edərək bugün bütöv Azərbaycan gənçliyinin cananə mübarizəsi ilə fars şovinizminin karton qolçaqlarının əzildiyinin şahidiyik. Ona görədir ki, bunlar əl-ayağa düşüblər. Yuxarıda da qeyd etdiyim kimi milli mübarizənin qoruq meydanına soxularaq hərəkətimizi təhrifə çəkənləri tanımaq, özü-özlüyündə savaşımızın bir parçasıdır. Əsgər Fərdinin geçmişdəki oyunları ilə bağlı bəzi gərçəkləri açaraq milli quvvələrimizi siyasət meydanında aldanmaqdan qorumaq borcumuzdur. Bu açıqlamalarla yazıma son verir, Azərbaycan Türk millətinə uğurlar arzu edirəm. 2000-ci illərdə Tehran biliyurdunda Azərbaycan adına geçirilən bir səmpizomda Əsgər Fərdinin “ İranda Türk sevənlər və Türk söyənlər” adındakı məqaləsini dəlil gətirərək onun milli fikirə yaxınlaşdığını, adını çəkmək istəmədiyim dəyərli bir apsaqqalımızdan eşitdim. Bunların vereceyi bir şeyi qalmayıb, müxtəlif yollarla Azərbaycan və azərbaycanlını ancaq satmaqla bir şey qazanmağı düşünürlər demişdim. Çox geçmədi, təsisçisinə çəkdiyi zəhmətlərə görə çox hörmət etdiyim Tribun jurnalına da bunların sızdığını gördüm və uzuldum. Hörmətli Mahir Cavadovun Tehrana sığındığı illərin bir günündə, güneydən bir dostumuzun gözü yaşlı ama üzü gülüşlü, bir raport gətirdiyini xatırlayıram. Yazmışdı və deyirdi “ iki gün öncə, o tay Astarada Əsgər Fərdi ilə Mahir Cavdov, Ərdəbil radyo- televizyonundan bir neçə şəxs və şairlə birlikdə bir salona toplaşmışlar. Bakıdan gəlib o taya geçən şumallıları xahişlə olmasa, zorla o salona toplayıb, şeir axşamında iştiraka dəvət edirlər. Əsgər Fərdi Azərbaycan dövlətçiliyinin əleyhinə danışdıqdan sonra sayın Mahir cavadov hakmiyətin əleyhinə danışaraq Heydər Əliyev haqqında xoşa gəlməz ifadələr işlədərək müxalifətçi simasında çıxış edir. Salondakı şumallılar və bəzi cənublular özəlliklə Ərdəbildən aldadaraq gətirdikləri bir milli şair etiraz səslərini qaldırır, salonu boşaldırlar”. Bəs üzünün gülüşü nədəndir diyə soruşdum, dedi “o şumallıların daxilində bəzilərinin müxalifətçi olduğunu bilirdim. Ancaq, Azərbaycanın milli mənafei yabancılar tərəfindən zədələnməyə başladıqda, iqtidar – müxalifətin birgə müqavimətinə sevinməmək olmaz, gülüşüm ondandır. 1990- cı illərdə Tehranın Ankaradakı səfirliyində çalışan və hamımıza məlum olduğu kimi ittilaatın oraya uzanmış qolu olan Əkbər Gəncinin, o illər Azərbaycan səfəri çoxlarına, o cümlədən xalq cəbhəsi rəhbərlərinə aydındır. Cəbhəyə bir azərbaycanlı kimi soxulmağa çalışan bu adamın sonradan“ İran xarici işlər nazirliyinə” Türk və Azərbaycan haqqında yazdığı 200 səhifəlik raportuda çoxları görüblər. Onun qələmindən çıxan “ Azərbaycan bir qarinc torpaq üstündə müstəqil yaşayırsa İrana böyük təhlükədir” sözləri unutulmamalıdır, onun demokrasi oyununa aldanmamalıyıq. Cənubi Azərbaycanda milli hərəkatımızın fəalları, şumali Azərbaycanda dövlət və millətimiz ayıq olmalıdır. Bizlərin, bilmiyərəkdən böyütdüyümüz və tanıtdırdığımız bu insanlara, millət bizə inandığına görə inanar. Yanımızda görünən bu insanların, səhər kanalından sərsəmlədiklərinə də aldanar. Geçən əsir sapı özümüzdən olan baltalar, Əraniləri, Kəsrəviləri, Təğizadə, Kazimzadə və Riza Zadə Şəfəq kimilərin qarşısını atalarımız alsaydı, bugün biz bucur pis gündə deyildik. Bugün biz Əsgər Fərdiləri, Şeirdustları, Musəviləri əlimizdən gəldiyi qədər ifşa edib millətə həqiqi üzlərini millətə tanıtdırsaq bəlkə sabah uşaqalrımız xoşbaxt ola bilər. Dostla düşməni ayırd etməyi bacarsaq, xətalarımızdan ibrət dərsi alsaq, millətimizin həqiqi evladlarına hörmətlə, nəcat yolumuzu taparıq. Böyük Rəsuloğlu : 19.02.2009

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar