SON XƏBƏRLƏR

RƏSMİ TƏL-ƏVİV ANAKARADAN ÜZR İSTƏYİB

2021.10.20, 07:36
RƏSMİ TƏL-ƏVİV ANAKARADAN ÜZR İSTƏYİB

Gunaz.tv
RƏSMİ TƏL-ƏVİV ANAKARADAN ÜZR İSTƏYİB turkiye_1.jpg Rəsmi Təl-Əviv İsrail hərbi hava qüvvələrinin komandanı Avi Mirzahinin Türkiyə əleyhinə işlətdiyi ifadələrə görə, Anakaradan üzr istəyib. Yerusəlim-post qəzetinin yazdığına görə İsrail Silahlı Qüvvələrinin başçısı Qabi Aşkenazi türkiyəli həmkarı İlkər Başbuğa zəng edərək Avi Mirzahinin fikirlərinin Rəsmi -Təl Əvivin mövqeyini əks etdirmədiyini bəyan edib. İsrailli general türk ordusu ilə əlaqələrə əhəmiyyət verdiklərini, Avi Mirzahinin hərəkətləri ilə bağlı müvafiq addımların atılacağını bəyan edib. Qabi Aşkenazi daha sonra İlkər Başbuğa rəsmi məktub da göndərərək telefonda dediklərini yazılı şəkildə təsdiqləyib. Xatırladaq ki, İsrail hərbi hava qüvvələrinin komandanı Avi Mirzahinin Türkiyə əleyhinə söylədiyi fikirlərdən sonra Rəsmi Ankara bu ölkədəki İsrail səfirini xarici işlər nazirliyinə çağıraraq, ona etiraz notası təqdim etmişdi. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar