SON XƏBƏRLƏR

Özbəkistan və Tacikistan ABŞ-a qapı açdı

2021.10.20, 07:36
Özbəkistan və Tacikistan ABŞ-a qapı açdı

Gunaz.tv
Özbəkistan və Tacikistan ABŞ-a qapı açdı Hər iki ölkə əraziləri ilə Əfqanıstana yük daşınmasına razılıq veriblər Özbəkistan və Tacikistan öz əraziləri ilə Əfqanıstana qeyri-hərbi xarakterli yüklərin daşınmasına razılıq veriblər. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın nəqliyyat komandanlığının maddi-texniki təminat üzrə idarə rəisi, kontr-admiral Mark Hamitçek deyib. O, Tacikistanın xarici işlər naziri ilə görüşündən sonra bildirib ki, Düşənbə öz avtomobil və dəmir yollarının NATO tərəfindən istifadəsinə icazə verib. ABŞ-ın Tacikistandakı səfiri isə bu ölkənin Əfqanıstana yük daşınması üçün hava dəhlizi də verəcəyini bildirib. M. Hamitçek həftə ərzində Özbəkistandan Tacikistana, oradan isə Əfqanıstana 50-200 konteyner göndərməyi planlaşdırdıqlarını açıqlayıb. Kontr-admiral NATO-nun Əfqanıstandakı bazalarına gedən ən qısa yolun Tacikistandan keçdiyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar