SON XƏBƏRLƏR

İstanbulda “Xocalıya ədalət” şüarı ilə beynəlxalq kampaniya keçilir

2021.10.20, 07:36
İstanbulda “Xocalıya ədalət” şüarı ilə beynəlxalq kampaniya keçilir

Gunaz.tv
İstanbulda “Xocalıya ədalət” şüarı ilə beynəlxalq kampaniya keçilir Elbrus Seyfullayev - APA. Türkiyənin İstanbul şəhərində “Xocalıya ədalət” şüarı ilə beynəlxalq kampaniya keçilir. “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyasından APA-ya daxil olan məlumata görə, kampaniya İslam Konfransı Təşkilatının (İKT) qurumu olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan edilib. Kampaniyaya 2008-ci ilin mayında start verilib. Kampaniya müddətində 1992-ci ilin fevral ayının 26-da Xocalı şəhərində törədilən insanlığa qarşı cinayətin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətə hüquqi, siyasi və insani qiymətin verilməsi qarşıya məqsəd qoyulub. Kampaniyanın beynəlxalq səviyyədə rəsmi açılışı fevralın 26-da keçiriləcək. Həmin gün ABŞ, Avropa və Asiyanın bir çox şəhərində kampaniyaya həsr olunan internet saytının (www.justiceforkhojaly.org) təqdimatı keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar