SON XƏBƏRLƏR

ORDUMUZ BİR GÜNDƏ 4 ŞƏHİD VERDİ

2021.10.20, 07:36
ORDUMUZ BİR GÜNDƏ 4 ŞƏHİD VERDİ

Gunaz.tv
ORDUMUZ BİR GÜNDƏ 4 ŞƏHİD VERDİ Onların ikisi erməni gülləsinə tuş gəlib, ikisi isə minaya düşüb 4106.jpg Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycanın daha bir əsgəri şəhid olub. Ötən gecə cəbhənin Füzuli rayonunun Alxanlı kəndi istiqamətində ermənilər Azərbaycan ordusunun əsgəri Cavid Eynulla oğlu Süleymanova atəş açıb və əsgər aldığı güllə yarasından həlak olub. C.Süleymanovun Oğuz rayonundan hərbi xidmətə çağırıldığı bildirilir. Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində ordumuzun zabiti, leytenant Elvin Alıcanov da şəhid olub. E.Alıcanov Şamaxı Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı (APA). “Turan”ın xəbərinə görə isə daha iki əsgərimiz minaya düşərək həlak olub. Hadisə srağagün cəbhənin Füzuli rayonunun Horadiz kəndi ərazisində baş verib. Partlayış nəticəsində həlak olan əsgərlər Şəmkirdən hərbi xidmətə çağırılan 1988-ci il təvəllüdlü Tural Hacıyev və Gəncədən hərbi xidmətə çağırılan Əsgər Mərdanovdur. Müdafiə Nazirliyinin mətbuat xidməti xəbəri təsdiqləyib. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar