KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Xocalı soyqırımının 17-ci ildönümünü anmaq məqsədilə bu il də etiraz aksiyaları, konfransların keçirilməsi, sərgilərin təşkili nəzərdə tutulub. Belə ki, fevralın 26-da komitə sədrinin birinci müavini Valeh Hacıyev Alman-Azərbaycan Forumunun prezidenti Otto Hauzerlə birlikdə Frankfurtdakı "FOX" televiziyasında yarım saat Xocalı soyqırımı barədə çıxış edəcəklər. Daha sonra Valeh Hacıyevin Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür və Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərovayla birlikdə "Kanal Avropa"nın və TQRT-nin Almaniya nümayəndəliyində də soyqırımla bağlı çıxışları nəzərdə tutulub. Turqut Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Xocalı soyqırımının 17-ci ildönümünü anmaq məqsədilə bu il də etiraz aksiyaları, konfransların keçirilməsi, sərgilərin təşkili nəzərdə tutulub. Belə ki, fevralın 26-da komitə sədrinin birinci müavini Valeh Berlin şəhərində isə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Alman Bundestaqının üzvlərinin də dəvət olunacağı anım tədbirində soyqırımla bağlı sənədli film nümayiş etdiriləcək və uşaq rəsmlərindən ibarət sərgi düzənlənəcək. Hacıyev Alman-Azərbaycan Forumunun prezidenti Otto Hauzerlə birlikdə Frankfurtdakı "FOX" televiziyasında yarım saat Xocalı soyqırımı barədə çıxış edəcəklər. Daha sonra Valeh Hacıyevin Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür və Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərovayla birlikdə "Kanal Avropa"nın və TQRT-nin Almaniya nümayəndəliyində də soyqırımla bağlı çıxışları nəzərdə tutulub. Berlin şəhərində isə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Alman Bundestaqının üzvlərinin də dəvət olunacağı anım tədbirində soyqırımla bağlı sənədli film nümayiş etdiriləcək və uşaq rəsmlərindən ibarət sərgi düzənlənəcək. Bundan başqa, Berlinin mərkəzi meydanlarından birində "Azərbaycan Evi" və Alman Azərbaycan Həmrəylik Cəmiyyəti birlikdə Xocalı faciəsi həqiqətlərinə alman ictimaiyyətinin diqqətini çəkmək məqsədilə mitinq keçirəcək. Daha bir etiraz aksiyası isə Hollandiyanın Haaqa şəhərində baş tutacaq. Fevralın 22-də "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Cəmiyyəti Sülh Sarayının qarşısında piket keçirəcək, sonra isə məşəllərlə etiraz yürüşü olacaq, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə Haaqada ucaldılmış abidə ziyarət olunacaq. Hollandiya Azərbaycan Türk-Kültür Dərnəyi isə martın 1-də Haaqadakı Xocalı abidəsinin önündə soyqırım qurbanlarını anma mərasimi keçirəcək. Tədbirdə Azərbaycan və Türkiyənin Niderland Krallığındakı səfirləri, Azərbaycan və türk diaspor təşkilatlarının fəalları iştirak edəcəklər. Brüsseldə isə fevralın 26-da Belçika-Azərbaycan Evinin təşəbbüsüylə şəhərin Place du Schuman mərkəzi meydanında soyqırımın 17-ci ildönümüylə əlaqədar çadır qurulacaq. Çadırda faciəni əks etdirən foto və rəsm sərgisi nümayiş etdiriləcək, yerli televiziyalardan birində Xocalı qırğını barədə filmin göstərilməsi təşkil olunacaq. Həmin gün Almaniyanın Köln şəhərindəki Vahid Azərbaycan Cəmiyyətinin üzvləri də Brüsselə gələrək buradakı Azərbaycan və türk diaspor təşkilatlarının iştirakıylv Avropa Parlamentinin binası qarşısında tədbir keçirəcəklər. Soyqırım qurbanlarının anım günündə "Azər-Türk" Qadınlar Birliyi də Brüsseldəki Square de Meeuse meydanında mitinq keçirəcək və buradan isə Avropa Parlamenti binasının yerləşdiyi Place Schuman meydanına yürüş olacaq. Bundan başqa, fevralın 22-də İsveçin Stokholm şəhərindəki Sergelstorg meydanında bu ölkədəki Azərbaycan diaspor təşkilatları Xocalı qətliamına etiraz əlaməti olaraq mitinq keçirəcəklər. Bir gün əvvəl isə İsveçin Linşöpinq şəhərində fəaliyyət göstərən "Babək" dərnəyi şəhərin Tradgardstorget meydanında manifest təşkil edəcək. Fevralın 25-də İsveçrədə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi Berndə bu ölkənin parlament üzvlərinin, tanınmış siyasətçilərin və KİV nümayəndələrin iştirakı ilə konfrans keçirərək Xocalı soyqırımına, tarixi gerçəkliklərə bir daha diqqət yönəldəcək. Danimarkadakı "Vətən" cəmiyyəti Xocalı faciəsinin ildönümünü soyqırım haqqında sənədli filmin nümayişi, broşürlər və kitabların təqdimatı ilə qeyd edəcək. Faciənin 17-cı ildönümü günü Moldova Azərbaycanlıları Konqresi Azərbaycanın Moldovadakı səfirliyilə birlikdə Kişineu şəhərində soyqırım qurbanlarını anım məqsədilə mərasim təşkil edəcək. Tədbirdə Xocalı soyqırımına həsr olunmuş CD-lər, kitablar, broşürlər paylanacaq. Fevralın 26-da Estoniyadakı "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin keçirəcəyi anım tədbirində faciəylə bağlı film göstəriləcək və fotosərgi təşkil olunacaq. Latviyada "Ocaq" Mədəniyyət Mərkəzinin Latviya Akademiyasının Kitabxanasında təşkil edəcəyi "dəyirmi masa"da ölkə Seyminin deputatları, Latviya Xarici İşlər Nazirliyinin nümayəndələri, mədəniyyət və elm xadimləri iştirak edəcəklər. Litva Azərbaycanlıları Cəmiyyəti də faciənin 17-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirəcək. Praqada Azəri-Çex Cəmiyyəti, Budapeştdə Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Buxarestdə isə Rumıniya Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ölkəmizin bu dövlətlərdəki səfirlikləri ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirəcəklər. Xocalı faciəsinin 17-cı ildönümünü fevralın 27-da Kanadanın Ottava şəhərindəki Kanada-Azərbaycan Təşkilatlar Assambleyası Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə fevralın 28-də isə Edmontonda "Alberta-Azərbaycan" Mədəniyyət Mərkəzi qeyd edəcəklər. Amerika-Azərbaycan Şurasının və Amerika-Azərbaycan Cəmiyyətinin təşkilatçılığıyla ABŞ-da "Xocalı həftəsi" keçiriləcək. Tədbirlərin Nyu-York, Vaşinqton, San-Fransisko, Kaliforniya, Çikaqoda təşkili nəzərdə tutulub. "Xocalı ədalət kampaniyası" adı altında baş tutacaq tədbirlər çərçivəsində soyqırımı ilə bağlı konfrans da keçiriləcək. Konfransda Heydər Əliyev Fondunun hazırladığı Xocalı filmi nümayiş olunacaq, millət vəkili Həvva Məmmədovanın ingilis dilində işıq üzü görən Xocalı soyqırımı ilə bağlı kitabı iştirakçılara təqdim olunacaq. Bundan başqa, tədbirlər çərçivəsində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında etiraz aksiyası keçiriləcək. Etiraz aksiyasında BMT ölkələrinə və baş katibinə müraciət ünvanlanacaq. Nyu-Yorkdakı "Türk evi"ndə isə təqdimat keçiriləcək. Slaydlar vasitəsilə aparılacaq bu təqdimat və panel-disskussiya Kaliforniyadakı Berkli Universitetində də təşkil olunacaq. Silsilə tədbirlər fevralın 28-dək davam edəcək. Tədbirlərdə Milli Məclisin deputatları Həvva Məmmədova, Qənirə Paşayeva və Asim Mollazadə, amerikalı jurnalist Tomas Qolts və başqaları iştirak edəcəklər. Soyqırımın 17-ci ildönümünün qeyd olunduğu daha bir mərasimi Nyu-Yorkda Azərbaycan Nyu-York Assosiasiyası ölkəmizin BMT-dəki Daimi Nümayəndəliyi ilə birgə keçirəcək. Fevralın 26-də Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası soyqırımın 17-ci ildönümünə həsr olunmuş anım tədbiri və fotosərgi keçirməyi nəzərdə tutub. Manisada Azərbaycan Kültür və Dayanışma Dərnəyi anım mərasimi, İzmirdə təhsil alan azərbaycanlı tələbələr isə Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi ilə birgə konfrans keçirəcək. Türkiyədəki anım tədbirləri sırasına İzmitdəki Kocaeli Azərbaycan Evi Dərnəyinin təşkil edəcəyi konfrans və bir həftəlik sərgi də daxildir. Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetində burada fəaliyyət göstərən İqtisadi, Mədəni Əməkdaşlıq Mərkəzinin keçirəcəyi anım tədbirində rəsmi qonaqlar, Doğu Akdeniz Universitetinin tələbə və müəllim kollektivi iştirak edəcək. Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki Azərbaycan Cəmiyyəti, Misir Ərəb Respublikasında fəaliyyət göstərən Vətən Tələbə Cəmiyyəti, Sidneydəki Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi də Xocalı faciəsinin 17-ci ildönümü münasibətilə anım tədbirləri keçirəcəklər. Tailand Krallığındakı Azərbaycan Mədəniyyət Evi Xocalı soyqırımıyla bağlı Bankoq şəhərində yerləşən Assumtion Universitetində konfrans keçirəcək. Tədbirdə faciəni əks etdirən fotoşəkillər də sərgilənəcək. Yeni Zellandiyanın Okland şəhərində fəaliyyət göstərən "Azəri" Yeni Zellandiya-Azərbaycan Dostluq Cəmiyyəti Xocalı soyqırımının ildönümüylə bağlı bu şəhərdə çıxan iki qəzetdə məqalələrin yer almasını razılaşdırıb. Yazılar artıq qəzetlərin redaksiyalarına təqdim olunub. Təşkilat həm də bir neçə ali təhsil ocağında soyqırımla bağlı məlumat xarakterli tanıtım aksiyaları keçirəcək. Gürcüstanın Marneuli şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın Gürcüstandakı səfirliyilə birlikdə Xocalı soyqırımı ilə bağlı "dəyirmi masa" keçirəcək. Fevralın 26-da həmçinin Tiflis şəhərində Gürcüstan Azərbaycanlıları Konqresi səfirliklə birgə Xocalı soyqırımı ilə bağlı elmi-praktik konfrans təşkil edəcək. Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası faciə qurbanlarının xatirəsini yad edəcək. Qazaxıstanın Astana şəhərində "Xəzər" İctimai Birliyi, Aktau şəhərində isə "Dostluq" Azərbaycan Mədəniyyət Mərkəzilə "Turan" Konqresi Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirəcəklər. Hər iki tədbir fevralın 26-na təyin edilib. Qırğızıstanda fəaliyyət göstərən "Azəri" İctimai Birliyi və Türk Dünyasının Siyasətinə Dəstək İctimai Fondu birlikdə anım tədbiri keçirəcəklər. Rusiya Federasiyası üzrə fevralın 26-da Ümumrusiya Azərbaycan Konqresi Moskva şəhərindəki "Bakı" kinoteatrında Xocalı soyqırımına həsr edilmiş toplantı keçirməyi və sənədli film nümayişini nəzərdə tutur. Həmin gün Sankt-Peterburq, Yekaterinburq, Samara, Tula, Ufa, Novosibirsk, Ulan-Ude, Xabarovsk və Rusiyanın digər şəhərlərində də Ümumrusiya Azərbaycan Konqresinin regional nümayyindəlikləri Xocalı soyqırımının ildönümünü qeyd edəcəklər. Fevralın 25-də Kiyevdə Ukrayna Azərbaycan Konqresinin təşkilatçılığı ilə azərbaycanlı rəssam Rasim Səydiyevin Xocalı soyqırımına həsr olunmuş sərgisi nümayiş etdiriləcək. Bu sərgi Xarkov, Dnepropetrovsk şəhərlərində də ictimaiyyətə təqdim olunacaq. Fevralın 26-da isə Kiyevdə və Ukraynanın digər bir neçə şəhərində yaşayan azərbaycanlılar Ermənistanın bu ölkədəki səfirliyinin binası qarşısında piket keçirəcəklər. Eyni zamanda ATƏT-in Ukraynadakı nümayəndəliyinin binası önündə də piket keçirilməsi və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilməsi nəzərdə tutulub. Həmin sənəd BMT-nin Ukraynadakı nümayəndəliyinin ofisinə də təqdim olunacaq. Həmçinin Ukraynanın Kiyev, Xarkov, Donetsk, Dnepropetrovsk və digər şəhərlərində faciənin ildönümü ilə əlaqədar "dəyirmi masa"lar və digər anım mərasimləri keçiriləcək. Fevralın 26-da Xocalı soyqırımının 17-cı ildönümü Azərbaycanın Belarusdakı səfirliyinin və Belarus Azərbaycan İcmaları Konqresinin təşkilatçılığıyla Minsk şəhərində də anılacaq, "dəyirmi masa" keçiriləcək, Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdiriləcək.
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi