SON XƏBƏRLƏR

Bəxtiyar Vahabzadənin xatirəsi əbədiləşdiriləcək

2021.10.20, 07:36
Bəxtiyar Vahabzadənin xatirəsi əbədiləşdiriləcək

Gunaz.tv
Bəxtiyar Vahabzadənin xatirəsi əbədiləşdiriləcək bextiyarvahabzade.jpg Azərbaycan prezidenti İlham Əliyev xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhərində küçələrdən birinə Bəxtiyar Vahabzadənin adının verilməsini və xalq şairinin yaşadığı binaya (İstiqlaliyyət küçəsi, 9) xatirə lövhəsinin vurulmasını, Şəki şəhər İcra Hakimiyyəti Şəki şəhərində küçələrdən birinə Bəxtiyar Vahabzadənin adının verilməsini və Şəki şəhərində xalq şairinin büstünün ucaldılmasını təmin etməlidirlər. Dövlət başçısının sərəncamıyla Nazirlər Kabinetinə təhsil sistemində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün Bəxtiyar Vahabzadə adına təqaüdün təsis edilməsini təmin etmək, Şəki şəhərində orta məktəblərdən birinə xalq şairinin adının verilməsini təmin etmək həvalə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar