SON XƏBƏRLƏR

Türkmənistan prezidenti ölkəsinin Azərbaycandakı səfirinə bu ölkə ilə əlaqələri inkişaf etdirməyi tapşırıb

2021.10.20, 07:36
Türkmənistan prezidenti ölkəsinin Azərbaycandakı səfirinə bu ölkə ilə əlaqələri inkişaf etdirməyi tapşırıb

Gunaz.tv
Türkmənistan prezidenti ölkəsinin Azərbaycandakı səfirinə bu ölkə ilə əlaqələri inkişaf etdirməyi tapşırıb Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkəsinin Azərbaycandakı səfirinə bu ölkə ilə qardaşlıq, yaxın qonşuluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi üçün kompleks tədbirlər görməyi tapşırıb. APA-nın Türkmənistan KİV-inə istinadən verdiyi məlumata görə, Q. Berdıməhəmmədov bu tapşırığı ölkəsinin diplomatik korpusu ilə keçirdiyi müşavirədə verib. O, analoji tapşırığı Türkmənistanın İran, Əfqanıstan, Özbəkistan və Qazaxıstandakı səfirlərinə də verib. Xatırladaq ki, Türkmənistanın Azərbaycandakı səfirliyi 2008-ci ildə fəaliyyətini bərpa edib, səfirliyə Anaməmməd Məmmədov rəhbərlik edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar