SON XƏBƏRLƏR

İRAN ADLANAN YERİN SİMNAN ŞƏHƏRİNDƏ SİMNANDA BƏHAİ QƏBİRİSTANLIĞI DAĞIDILIB

2021.10.20, 07:36
İRAN ADLANAN YERİN SİMNAN ŞƏHƏRİNDƏ SİMNANDA BƏHAİ QƏBİRİSTANLIĞI DAĞIDILIB

Gunaz.tv
SİMNANDA BƏHAİ QƏBİRİSTANLIĞI DAĞIDILIB qebiristan1.jpg Simnandakı bəhai qəbiristanlığı Hökumət tərəfdarları İranın Simnan şəhərində bəhai qəbiristanlığını dağıdıb. bəhai qəbiristanlığına hücum çəkən şəxslər bütün başdaşlarını qırıblar. Qəbiristanlıqdakı mürdəşirxana tamamilə dağıdılıb, divarlara və su çənlərinə «Hamınızı öldürəcəyik», «İsrailə ölüm», «Kafir bəhaiyə ölüm», «Cəhənnəm olun gedin İrandan» kimi şüarlar yazılıb. 2008-ci il mayın 14-də «İran Milli Məhfeli» adıyla fəaliyyət göstərən bəhai icmasının 6 rəhbəri həbs edilib. Qurumun daha bir rəhbəri bu hadisədən üç ay əvvəl tutulmuşdu. Hökumət rəsmiləri tutulanların İsrailə casusluqda günahlandırıldığını bildirib. Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşasa da, bəhai dini İran Konstitusiyasında rəsmi bir din kimi tanınmır. İran İslam Respublikası bərqərar edildikdən bu günə qədər İranda 200-dən çox bəhai edam edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar