SON XƏBƏRLƏR

URMİYADA BEYNƏLXALQ ANA DİLİ HƏYƏCANI

2021.10.20, 07:36
URMİYADA BEYNƏLXALQ ANA DİLİ HƏYƏCANI

Gunaz.tv
URMİYADA BEYNƏLXALQ ANA DİLİ HƏYƏCANI 21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiyada milli fəallara qarşı hökumət təzyiqləri kəskin artıb. son günlər milli zəmində fəaliyyət aparan bir çox fəal Urmiya ETTELAAT idarəsinə çağırılıb. Onlardan Beynəlxalq Ana Dili Günü tədbirlərinə qatılmayacaqları barədə iltizam alınıb. Fəallara deyiblər ki, fevralın 20-si və 21-də imkan daxilində evdən çıxmamalıdırlar. Urmiyada Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirlərin fevralın 21-də keçiriləcəyi bildirilir. Məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Urmiyada vətəndaşlar mobil telefonlarla bir-birlərinə SMS-lər göndərib ana dili mərasimlərinə qatılmağa çağırırlar. Urmiya küçələrində polisin və mülki geyimli ETTELAAT əməkdaşlarının nəzarəti gücləndirdiyi vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar