SON XƏBƏRLƏR

21 fevral Beynəlxalq ana dili günüdür

2021.10.20, 07:36
21 fevral Beynəlxalq ana dili günüdür

Gunaz.tv
Beynəlxalq ana dili günüdür bmt20.jpg Bu gün beynəlxalq ana dili günüdür. 1952-ci il, fevralın 21-də Pakistanda Benqal dili uğrunda 5 banqladeşli tələbə öz həyatından keçib. 1999-cu ildə isə Banqladeşin təşəbbüsü ilə BMT fevralın 21-ni beynəlxalq ana dili günü elan edib. Bmt ekspertlərinin fikirincə, hazırda dünyada mövcud olan 6700 dilin yarıdan çoxu yox olmaq təhlükəsilə üzləşib. Orta hesabla hər 15 gündən bir dillərdən biri öz işləkliyini itirir. Dillərin 96 faizi isə dünya əhalisinin cəmi 4 faizi tərəfindən işlənir. Azərbaycan dili ilk dəfə 1978-ci ildə Azərbaycan SSRİ-nin konstitusiyasında dövlət dili kimi qəbul edilib. Konstitusiyanın 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyaya görə, heç kim ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar