SON XƏBƏRLƏR

TEHRAN POLİSİ TOY və GƏLİN PALTARI ƏMƏLİYYATINA BAŞLAYIR

2021.10.20, 07:36
TEHRAN POLİSİ TOY və GƏLİN PALTARI ƏMƏLİYYATINA BAŞLAYIR

Gunaz.tv
TEHRAN POLİSİ TOY və GƏLİN PALTARI ƏMƏLİYYATINA BAŞLAYIR Tehran hüquq mühafizə qüvvələrinin komandanı Əzizulla Rəcəbzadə jurnalistlərlə söhbətində islami hicaba riayət etməyən gəlinlərə və açıq-saçıq gəlin paltarlarına qarşı ciddi mübarizə aparılacağını açıqlayıb. Ə.Rəcəbzadə deyib: «Toy mərasimlərində qanunsuzluqlara yol verilir. Gəlinlər şəriət qaydalarına uyğun geyinməli, gəlin paltarları açıq-saçıq olmamalıdır. Buna riayət etməyən gəlinlərə və gəlin apararkən səs-küy salıb vətəndaşların asayişini pozanlara qarşı ciddi tədbirlər görüləcək. Əlbəttə, biz şənliyə qarşı deyilik. Lakin vətəndaşların asayişi pozulmamalıdır». Bundan əvvəl polis paytaxt Tehranda və ölkənin digər şəhərlərində ictimai təhlükəsizlik reydləri keçirib Qərb modelli saç düzümündən və geyimlərdən istifadə edən gənclərə qarşı ciddi tədbirlər görmüş, bir çox şəxsi həbsə salmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar