SON XƏBƏRLƏR

Ermənistan Gürcüstandan dəstək istədi

2021.10.20, 07:36
Ermənistan Gürcüstandan dəstək istədi

Gunaz.tv
Ermənistan Gürcüstandan dəstək istədi qriqoriy-vashadze1.jpg Gürcüstan xarici işlər naziri Qiriqol Vaşadzenin Ermənistana səfəri davam edir. O, səfər çərçivəsində ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Vaşadzenin prezident Serj Sarkisyanla və xarici işlər naziri Edvard Nalbandyanla keçirdiyi görüşlərdə iki ölkə arasındakı iqtisadi, siyasi və mədəni əlaqələr ətraflı müzakirə olunub. Ermənistan həmçinin regional iqtisadi layhərəldə iştirak etmək üçün Gürcüstanın dəstəyini qazanmağa çalışdığını gizlətməyib. Xarici işlər nazirlərinin keçirdiyi birgə mətbuat konfransında Nalbandyan 2008-ci ildə Ermənistan prezidentinin Tiflisə səfərini xatırladaraq bildirib ki, görüşdə həmin dövrdə əldə olunan razılaşmaların həyata keçirilməsi mexanizmi bir daha müzakirə edilib. Nalbandyan onu da deyib ki, həmkarıyla regiondakı vəziyyətlə yanaşı, Cavaxetiyada yaşayan ermənilərin problemləri ətrafında da danışıqlar aparıb. Qriqol Vaşadze isə Cavaxetiyadakı problemləri milli zəmində deyil, sosial-iqtisadi sahədə mövcud olan problemlər kimi qəbul etməyin vacibliyni vurğulayıb və əlavə edib ki, Gürcüstanla Rusiya arasındakı insidentlərdən sonra ölkədə iqtisadi çətinliklər ortaya çıxıb ki, bu da təkcə Cavaxetiyada yox, bütün ölkədə insanların yaşayış səviyyəsinin aşağı düşməsinə səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar