SON XƏBƏRLƏR

İRANDA SUAL: «KAFİR QADINA ƏL VERMƏK OLARMI?»

2021.10.20, 07:36
İRANDA SUAL: «KAFİR QADINA ƏL VERMƏK OLARMI?»

Gunaz.tv
İRANDA SUAL: «KAFİR QADINA ƏL VERMƏK OLARMI?» İranın Simnan şəhərində əhali qarşısında çıxış edən islahatçı Mərdomsalari Partiyasının rəhbəri, sabiq prezident Məhəmməd Xatəminin tərəfdarı Mustafa Kəvakibiyan maraqlı bir sualla üzləşib. «Media forum» saytının məlumatına görə, vətəndaşlardan biri partiya liderindən soruşub: «Məhəmməd Xatəmi xarici səfərlərinin birində əcnəbi və kafir qadına əl verib görüşmüşdü. Siz nə üçün növbəti prezident seçkisində onun namizədliyini dəstəkləyirsiniz?». Əvvəllər parlamentin deputatı olmuş Kəvakibiyan sualı belə cavablandırıb: «Sistemin və ölkənin milli maraqlarını qorumaq üçün lazım olsa, əcnəbi və kafir bir qadınla da əl vermək mümkündür. Bu işdə heç bir qəbahət yoxdur. Bəzi din alimləri də bunu təsdiqləyir. Din alimləri hesab edir ki, İran İslam Respublikasının mənafeyini qorumaq məqsədi ilə, lazım olsa, misal üçün, Almaniya kansleri Angela Merkelə də əl vermək zəruridir. Başqa sözlə desək, məsələn, rəsmi bir iclasda Merkel əlini İran prezidentinə uzatsa və ona əl verməklə ölkənin milli maraqları təmin edilirsə, prezidentimiz əlini geri çəkməməlidir». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar