SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ DAHA BİR MÜHARİBƏ ƏİLİLİ ÖZÜNÜ YANDIRIB

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ DAHA BİR MÜHARİBƏ ƏİLİLİ ÖZÜNÜ YANDIRIB

Gunaz.tv
İRANDA DAHA BİR MÜHARİBƏ ƏİLİLİ ÖZÜNÜ YANDIRIB Tehranda daha bir müharibə əlili özünə qəsd edib. İran-İraq müharibəsi iştirakçısı, yoxsulluqdan və işsizlikdən əziyyət çəkdiyi bildirilən xorrəmabadlı əlil Höccətullah Fərzad paytaxtda Şəhid Fondu binası qarşısında üstünə benzin tökərək özünü yandırıb.«Media forum» saytının məlumatına görə, intihara əl atmış əlilin həyatını xilas etmək mümkün olmayıb. İntihardan sonra Şəhid Fondu rəsmilərindən biri hadisə yerinə gəlmiş jurnalistlərə deyib: «İntihar etmiş şəxsin kimliyi və şəxsiyyəti barədə hər hansı bir mövqe irəli sürülmədən əvvəl onu deməliyəm ki, mərhum Höccətullah Fərzad narkoman olmayıb». Bir neçə gün əvvəl yoxsulluqdan, işsizlikdən və şəxsi həyatındakı problemlərdən əziyyət çkən İran- İraq müharibəsinin əlili Məhəmmədrza Kelavərzani parlament binası qarşısında üstünə benzin tökdükdən sonra özünü yandırmışdı. İran parlamentinin sədri Əli Laricani, parlamentin xarici siyasət və təhlükəsizlik komissiyasının rəhbəri Əlaəddin Brucerdi jurnalistlərə açqlamalarında intihar etmiş şəxsin müharibə əlili yox, narkoman olduğunu, bundan əvvəl bir müddət həbsxanada saxlandığını desələr də, Çinaran şəhərindən parlamentə deputat seçilmiş Məhəmməd Dehqan jurnalistlərlə söhbətində onların bu mövqeyinə etiraz bildirmişdi.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar