SON XƏBƏRLƏR

«Böyük Ermənistan» - ermənilərin əlçatmaz xülyası

2021.10.20, 07:36
«Böyük Ermənistan» - ermənilərin əlçatmaz xülyası

Gunaz.tv
«Böyük Ermənistan» - ermənilərin əlçatmaz xülyası serj-sarkisyan.jpg «Qarabağın danışıqlar prossesində tərəf kimi iştirak etməsi üçün mümkün olan hər şeyi etmək lazımdır. Ermənistan parlamentinin spikeri Ovik Abramyan belə bəyanatla çıxış edib. Ölkənin prezidenti Serj Sarkisyansa bir qədər də irəli gedərək «Böyük Ermənistan» xülyasından dəm vurub. Sarkisyanın «Böyük Ermənistan»-ın qurulması uğrunda çalışmağı özünə borc hesab etməsi ilə bağlı açıqlamasına başqa ad vermək olmaz. Əslində bu, ağıllı liderin sözlərindən çox, özünə tərəfdar toplamaq üçün mahiyyətini dərk etmədən ağzına gələni deyən küçə uşağının çıxışına bənzəyir. Ermənilərin «Böyük Ermənistan» xulyası Fərat çayından Kür çayına, Xəzər dənizinə və Urmiya gölünə qədər uzanan ərazini əhatə edir və normal siyasi düşüncəsi olan dövlət başçısının bu cür bəyanatla çıxış etməsi gülüş doğurur. Yəqin ki, erməni prezident bu məsuliyyətsiz bəyanatı səsləndirərkən əslində Ermənistanın əleyhinə çıxış etməsinin fərqinə varmayıb. Bununla, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində qeyri-konstruktivliyini bir daha nümayiş etdirib. Rəsmi Bakı bu məsələdə problemin nizamlanmasında vasitəçi olan Minsk qrupu həmsədrlərindən hərəkət gözləyir. Vasitəçilər Yerevanı bu kimi bəyanatlardan çəkinməyə çağırmalıdılar. Digər tərəfdən, Ermənistanın Türkiyə ilə münasibətləri hər cəhdlə normallaşdırmağa çalışdığı bir vaxtda «Böyük Ermənistan» ideyası yenidən gündəmə gətirilir. Ekspertlərin fikrincə, bu, siyasətdən uzaq, daxili auditoriyaya hesablanan bir bəyanatdır. Sarkisyan məlum bəyanatı Lori vilayətinin Dsex kəndində verib. Özü də prezident seçilməsinin ildönümü münasibətilə çıxışında. Bu fakt artıq özlüyündə hər şeyi deyir. İqtisadi böhran girdabında boğulan ölkə vətəndaşlarının Sarkisyana olan münasibətinin fonunda dövlət başçısının bu baş qatan nağılı anlaşılandır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar