SON XƏBƏRLƏR

Xocalı faciəsi BMT-nin qarşısında anılacaq

2021.10.20, 07:36
Xocalı faciəsi BMT-nin qarşısında anılacaq

Gunaz.tv
Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri Xocalı soyqırımının 17-ci ildönümüylə əlaqədar Birləşmiş Ştatlarda bir sıra anım tədbirləri keçiriləcəyini bildirib. Onun sözlərinə görə, fevralın 27-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında etiraz aksiyası olacaq. Mitinqdə BMT ölkələrinə və baş katibinə müraciət ünvanlanacaq. Tomris Azəri qeyd edib ki, fevralın 28-də Xocalı faciəsilə bağlı Nyu-Yorkda “Türk evi”ndə təqdimat keçiriləcək. “Mərasimə amerikalı jurnalist Tomas Qolts, millət vəkilləri Qənirə Paşayeva, Həvva Məmmədova qatılacaq. Türk, yəhudi icmalarının da iştirak edəcəyi tədbirdə Heydər Əliyev Fondunun təqdim etdiyi Xocalı soyqırımını əks etdirən fotoşəkillər və film nümayiş etdiriləcək”.azerworld

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar