SON XƏBƏRLƏR

Güney Azərbaycanda 21 fevral beynəlxalq ana dili günü silsilə tədbirlər keçiriləcək

2021.10.20, 07:36
Güney Azərbaycanda 21 fevral beynəlxalq ana dili günü silsilə tədbirlər keçiriləcək

Gunaz.tv
Güney Azərbaycanda 21 fevral beynəlxalq ana dili günü silsilə tədbirlər keçiriləcək anadili.jpg GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə hər il olduğu kimi bu ildə Güney Azərbaycanın əksər şəhərlərində 21 fevral beynəlxalq ana dili günü munasibətilə dinc və mədəni tədbirlər və aksiyalar keçiriləcək.Güney Azərbaycan milli hərəkat fəallarının məlumatında bildirilir ki 2000 – ci il dən etibarən YUNESCO 21 fevralı beynəlxalq ana dili günü kimi rəsmən elan edib bu munasibətlə hər il bu günlər ərəfəsində Güney Azərbaycan Türkləri ana dilində təhsil huququnun əldə olunması məqsədilə kütləvi tədbir və dinc etiraz aksiyalari keçirirlər xatırladaq ki İran ana yasasının 15 ci madəsində İranad ğeyri Fars millətlr öz ana dillərində təhsil almaq huququna malik olasalarda bu qanun hələdə rejim tərəfindən icra olunmur.Öz milli və mədəni haqlarını tələb edən Güney Azərbaycan Türkləri Faşist Fars molla rejiminin təhlükəsizlik məmurları tərəfindən həbs edilərək ağır işgəncə,uzun müddətli həbs və sürgünlərə məruz qoyulur.keçən il Təbrizdə və Güney Azərbaycanın başqa şəhərlərində 19-20-21 füvral günləri ərəfəsində öz anadilində təhsi tələbi ilə aksiyalar keçirmək istəyən soydaşlarımız ETTELAAT məmurları tərəfindən həbs edilərək uzun müddətli fiziki və ruhi işgəncələrə məruz qoyuldular sonradan girov muqavilində müvəqqəti azdlıqa buraxilsalarda bir müddət öncə inqilab məhkəmələrində qondarma itihamlarla 5 il həbs və sürgünlərə məhkum edildilər.Bütün bunlara baxmayaraq Güney Azərbaycan Türkləri öz milli və insani haqlarını əldə etmək üçün heç bir təziqdən qoxmayaraq öz haqlı mubarizələrini aparırlar.İran panfarsist hakimiyyəti həril olduğu kimi bu ildə öz polis və təhlükəsizlik məmurlarını Güney Azərbaycanın şəhərlərindəki dinc aksiyaları güclə yatirmaqa səfərbər etməyə başlayıb amma milli hərəkat fəalları 19-20-21 fevral 2009 cu il tarixlərində Türk dilində təhsil şuarları altinda silsilə tədbirlər və aksiyalar keçirəcək. Xatırladaq ki son vaxtlarda Güney Azərbaycanın əksər şəhərlərində Türk dilində təhsil tələbi ilə kütləvi imza toplama kompaniyasi başlayıb bu kompaniyada son günlərə qədər yüz mindən artıq soydaşımız iştirak edib 21 fevrala qədər toplanan imzalar İran rəsmilərinə və beynəlxaq insan haqlari təşkilatlarına göndəriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar