SON XƏBƏRLƏR

QADIN FƏALLARI ŞALLAQLAYIB HƏBSDƏN BURAXIBLAR

2021.10.20, 07:36
QADIN FƏALLARI ŞALLAQLAYIB HƏBSDƏN BURAXIBLAR

Gunaz.tv
QADIN FƏALLARI ŞALLAQLAYIB HƏBSDƏN BURAXIBLAR fehle1.jpg «Media forum» saytının məlumatına görə, İranın Sənəndəc şəhər zindanında saxlanan fəhlə qadın fəallar Susən Razani və Şiva Xeyrabadini şallaqladıqdan sonra azad buraxıblar. Qadınlar 2008-ci il mayın 1-də Dünya Zəhmətkeşlərinin Həmrəyliyi Günü münasibətiylə keçirilən mərasimlərə qatıldıqları üçün həbsə salınmışdılar. fehle2.jpg Sənəndəc İnqilab Məhkəməsi Susən Razanini 9 ay şərti həbs və 70 şallaq zərbəsinə, Şiva Xeyrabadini isə 4 ay şərti həbsə və 40 şallaq zərbəsinə məhkum etmişdi. Apellyasiya məhkəməsi S.Razaniyə çıxarılmış hökmü tam qüvvədə saxlayıb, Ş.Xeyrabadinin şallaq cəzasını 15 şallağa endirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar