SON XƏBƏRLƏR

ETTELAAT ƏMƏKDAŞLARI İSFAHANDA DƏRVİŞ XANƏGAHINI DAĞIDIB

2021.10.20, 07:36
ETTELAAT ƏMƏKDAŞLARI İSFAHANDA DƏRVİŞ XANƏGAHINI DAĞIDIB

Gunaz.tv
ETTELAAT ƏMƏKDAŞLARI İSFAHANDA DƏRVİŞ XANƏGAHINI DAĞIDIB xanegah.jpg Qonabad dərvişlərinin dağıdılmış xanəgahı Fevralın 19-na keçən gecə İsfahan ETTELAAT idarəsi əməkdaşları Qonabad dərvişlərinin ibadətə toplaşdığı xanəgahı buldozerlə dağıdıb. «Media forum» saytının məlumatına görə, Qonabad dərvişlərinin Avropa təmsilçisi Mustafa Azmayiş «Azadlıq» radiosunun fars redaksiyasına açıqlamasında xanəgahı ETTELAAT-ın 170 əməkdaşının dağıtdığını bildirib: «ETTELAAT-ın 170-ə yaxın əməkdaşı hüseyniyyədəki kitabxananı boşaldaraq xanəgahı söküb dağıdıblar». M.Azmayiş dərviş Nasir Əlinin (Əsədulla İzədgüşəsb) xanəgah ətrafında yerləşən məqbərəsinə də xətər yetirldiyini vurğulayıb. Son bir neçə ildə hökumət qüvvələri İranın müxtəlif şəhərlərində fəaliyyət göstərən və dərvişlərə məxsus bir neçə hüseyniyyəni dağıdaraq həmin yerlərdə ibadətlə məşğul olan dərvişləri tutub həbsə salıblar. Siyasi ekspertlərin fikrincə, Qonabad dərvişləri islamın başqa bir formasını təbliğ etdikləri üçün hökumət onları rəqib və potensial təhlükə sayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar