SON XƏBƏRLƏR

MAHMUD ƏHMƏDİNEJAD 1 MİLYARD DOLLAR QALMAQALINDAN DANIŞIB: «HÖKUMƏT DÜRÜST və TƏMİZDİR»

2021.10.20, 07:36
MAHMUD ƏHMƏDİNEJAD 1 MİLYARD DOLLAR QALMAQALINDAN DANIŞIB: «HÖKUMƏT DÜRÜST və TƏMİZDİR»

Gunaz.tv
MAHMUD ƏHMƏDİNEJAD 1 MİLYARD DOLLAR QALMAQALINDAN DANIŞIB: «HÖKUMƏT DÜRÜST və TƏMİZDİR» mahmudahmedinejad23-1.jpg Prezident Mahmud Əhmədinejad İran Dövlət Televiziyası ilə çıxışında parlamentin hesabat tribunalının 1 milyard dollarlıq neft gəlirinin yoxa çıxması, pulun hökumət xəzinəsinə köçürülməməsi barədə hesabatını rədd edib. Hesabat iki həftə əvvəl yayılıb. 1 milyard dolların hökumət xəzinəsindən yoxa çıxması xəbəri hökumətə qarşı tənqidlərin şiddətlənməsinə səbəb olmuş, müxaliflər prezidenti cavabdeh sayaraq məsələyə aydınlıq gətirilməsini tələb etmişdilər. «Media forum» saytının məlumatına görə, prezident hökumətin təmiz olduğunu vurğulayaraq hesabatda səhvə yol verildiyini deyib: «Bu hesabatı parlamentdə səsləndirənlər və ona qol-qanad verənlər bilməlidir ki, hökumət dürüst və təmizdir. Neft satışından əldə edilən gəlirlər ciddi nəzarət altındadır. Bəzi şəxslər bu kimi hesabat və xəbərlərin yayılmasını gözləyir, sonra isə onu şişirdərək mətbuatda başlıqlara çıxarır, hökumətə ləkə yaxmağa çalışır».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar