SON XƏBƏRLƏR

BEYNƏLXALQ ATOM ENERJİSİ AGENTLİYİNİN BAŞ DİREKTORU: «İRAN ƏMƏKDAŞLIQDAN BOYUN QAÇIRIR»

2021.10.20, 07:36
BEYNƏLXALQ ATOM ENERJİSİ AGENTLİYİNİN BAŞ DİREKTORU: «İRAN ƏMƏKDAŞLIQDAN BOYUN QAÇIRIR»

Gunaz.tv
BEYNƏLXALQ ATOM ENERJİSİ AGENTLİYİNİN BAŞ DİREKTORU: «İRAN ƏMƏKDAŞLIQDAN BOYUN QAÇIRIR» Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Məhəmməd əl-Baradeyi fevralın 17-də Parisdə jurnalistlərə açıqlama verərək İranın agentliklə əməkdaşlıqdan boyun qaçırdığını deyib. th022037329.jpg Əl-Baradeyi «Media forum» saytının məlumatına görə, Əl-Baradeyi bildirib ki, İran agentlik müfəttişlərinin nüvə təsisatı ilə yaxından tanış olması barədə öhdəliyinə əməl etsə də, keçmişdəki nüvə fəaliyyətlərinin mahiyyəti barədə sualları cavabsız buraxır. Əl-Baradeyi İranın agentlik müfəttişlərinə nüvə proqramı ilə bağlı sənədlərlə tanış olmaq icazəsi vermədiyini də vurğulayıb: «İran hazırda müfəttişlərin bu ölkənin nüvə proqramının sənədləri ilə tanış olmasına icazə vermir və fəaliyyətlərin hərbi xarakter daşıyıb- daşımadığını müəyyənləşdirmək işinə maneə yaradır». İran rəsmiləri ölkənin nüvə fəaliyyətlərinin dinc xarakter daşıdığını desələr də, Qərb ölkələri liderləri onun hərbi xarakterli olmasından ehtiyat etdiklərini bildirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar