SON XƏBƏRLƏR

Azərbaycanlı Universitet Müəllimləri və Tələbələr Qurumu bəyanat yayaraq İranda milli fəallara qarşı təzyiqlərə və onların kütləvi həbsinə etiraz bildirib

2021.10.20, 07:36
Azərbaycanlı Universitet Müəllimləri və Tələbələr Qurumu bəyanat yayaraq İranda milli fəallara qarşı təzyiqlərə və onların kütləvi həbsinə etiraz bildirib

Gunaz.tv
AZƏRBAYCANLI UNİVERSİTET MÜƏLLİMLƏRİ və TƏLƏBƏLƏRİ QURUMU BƏYANATLA ÇIXIŞ EDİB Azərbaycanlı Universitet Müəllimləri və Tələbələr Qurumu bəyanat yayaraq İranda milli fəallara qarşı təzyiqlərə və onların kütləvi həbsinə etiraz bildirib. «Media forum» saytının məlumatına görə, bəyanatda Azərbaycan dili və mədəniyyəti uğrunda dinc mübarizə aparanlara qarşı təzyiqlərin ölkədəki xalqlar arasında uçurum yaradacağı bildirilir: «Son həftə və aylarda Azərbaycan tələbə fəalları müxtəlif əsassız bəhanələrlə təqib və təzyiqlərə məruz qalır, uzunmüddətli həbslərə məhkum edilirlər. Halbuki bu şəxslər, Azərbaycan türk xalqının ölkə çərçivəsində milli və mədəni hüquqlarının təmin edilməsindən başqa heç nə istəmirlər. Şübhəsiz ki, bu təzyiqlərin davam etdirilməsi, ölkədə etnik qarşıdurmaya və xalqlar arasında uçuruma gətirib çıxaracaq». Bəyanatda ölkədə ədalətin bərqərar olunmasının bütün vətəndaşların milli və mədəni hüquqlarına hörmətlə yanaşılmasından asılı olduğu vurğulanır: «Biz Azərbaycan türk xalqının siyasi və mədəni hüquqları uğrunda dinc mübarizə aparan fəallara qarşı çıxarılan hökmlərin ləğvini, onlara qarşı təzyiqlərin dayandırlmasını tələb edirik».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar