SON XƏBƏRLƏR

Səndə getdin Bəxtyar Vəhabzadə! . Sarxanlı Paşa

2021.10.20, 07:36
Səndə getdin Bəxtyar Vəhabzadə! . Sarxanlı Paşa

Gunaz.tv
Səndə getdin Bəxtyar Vəhabzadə! image.php?img=36&yaz=2 Sarxanlı Paşa Getdin səndə Bəxtyar Vəhabzadə, ən son Bütün canlılar kimi, Bütün yaratıqlar, bütün insanlar kimi, Bütün şairlər və bütün yaradanlar kimi Sən ancaq başqa bir şairdin, Gerçək bir şairdin, Bir peyqəmbərdin, Bir millətin dərdlərini, Həyat boyu, ürəyində daşıyan, ürəyinin qanını, Qələmin ucundan fışqırdaraq yazan bir peyqəmbər öz millətindən, öz soyundan və öz suyundan ilham alan bir peyqəmbər Getdin səndə Bəxtiyar Vəhabzadə, ən son Uca Səhənd kimi, Sonsuz Şəhryar kimi, Indi onlara çoxdan qavuuşdun, Və “buyur” dedilər sənə, Buyur əski dost, buyur can qardaşımız Buyur bu cənnətə qon çox sözün etdiyin, gülüstana qon Dağ dağa qavuşmazsada, Dost, dosta qavuşar ən son Qon dostum, gülüstana qon Biz əslində uca dağlarıq, Zümrüdün Qaf dağı, Səhəndik, biz Savalanıq, Birbirini qucaqlayan dağlarıq Buyur, qəlbimizə qon Ax! nə qədər qısadır bu həyat? Nə qədər vəfasızdır bu həyat? Yaşamayanlar üçün, Yaratmayanlar üçün Sən ancaq yaşadın, Xalquvun qəlbində, Millətüvün ruhunda, Şe’rin ipəkli qanadında, Tarın nərəsində, Sazın sızıltısında, Sən muğamın bağrına gömüldün, Daşları yuntaraq, Fərhad kimi Yol açdın qartalın əl çatmaz yuvasına, Və qanatlandın bir qartal kimi, Sonsuzluğa qanat çaldın, Muğama qavuşdun, Muğamın ruhuna qarışdın Səndə getdin Bəxtiyar Vəhabzadə, ən son Silinməyəcək ancaq ayaq izlərin, Həyatın sinəsindən, Bulutların göksündən, Və sözlərin dərin nəfəsindən Bir daha görmiyəcəm səni ancaq, Bilirəm bunu, Bir kəz gördüm səni, yalnız bir kərə Bərabər olduq bir neçə saat, Şe’rin nə olduğundan danışmadın heç, Bir beytdə olsa, şe’r oxumadın, “Xatirimdə qalmaz” dedin Danışdın ancaq, danışdın Hələ, quzey bəlirsiz yaşayırdı o zamanlar, Qanatlanıb, qavuşmamışdı hələ cananə “Avrupalılar kimi olun” demişdin Kimlərdən, kimlərdən Və hələ əli, əlimizdə olan, Qarabağdan danışmışdın, Qəhvə içib, sigar çəkmişdin Ah çəkib, dənizlərə baxmışdın burada, bu Stockholmda, və o kiçik dəniz gəzimizdə incikdin ancaq bir şeylərdən, insanlardan, soyuqdan, qaranlıqdan Ah! Səndə getdin Bəxtyar Vəhabzade, ən son Ama nə mutlu gərçəkdən, Azdan, çoxdan, özgür vətən havası yaşadın, Parçalanmış, kiçilmiş bir vətən, Ancaq özgür bir vətən, Xəzərin mavisilə, Qafgazın zirvəsiylə sevişən, Arazla, kürlə birləşən, əbədi odlarda alışan bir vətən Ah, səndə getdin, ən son Qavuşdun Vurğuna, Səhəndə, Şəhryara Həmdəm oldun Qorquda Buyur, uca Şair, buyur gülüstana qon

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar