SON XƏBƏRLƏR

İRANIN ZAHİDAN ŞƏHƏRİNDƏ ŞİƏLƏRİN MƏSCİDİNƏ SƏSLİ BOMBA ATILIB

2021.10.20, 07:36
İRANIN ZAHİDAN ŞƏHƏRİNDƏ ŞİƏLƏRİN MƏSCİDİNƏ SƏSLİ BOMBA ATILIB

Gunaz.tv
İRANIN ZAHİDAN ŞƏHƏRİNDƏ ŞİƏLƏRİN MƏSCİDİNƏ SƏSLİ BOMBA ATILIB Fevralın 18-də səhər saatlarında İranın Sistan-Bəluçistan əyalətinin mərkəzində - Zahidan şəhərində mototsikl sürən naməlum şəxs şiələrin Əlqədir məscidinə səsli bomba atıb. “Media forum” saytının məlumatına görə, bomba məscidin damına düşüb. Məscidin bir hissəsi dağılıb. Ətrafdakı evlərin şüşələri qırılıb. Hadisə zamanı məscid boş olduğundan insan tələfatı olmayıb. Hücumu “Condollah” təşkilatının təşkil etdiyi güman olunur. “Condollah” yerli sünni bəluçların hüquqları uğrunda mübarizə apardığını iddia edən qanunsuz silahlı dəstədir. Son illərdə Əbdülmalik Riginin başçılıq etdiyi “Condollah”ın döyüşçüləri ilə hökumət qüvvələri arasında baş verən qanlı qarşıdurmalarda hər iki tərəfdən çoxlu insan həlak olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar