SON XƏBƏRLƏR

Nəsrəddin Tusiyə həsr olunan konfrans keçiriləcək

2021.10.20, 07:36
Nəsrəddin Tusiyə həsr olunan konfrans keçiriləcək

Gunaz.tv
Nəsrəddin Tusiyə həsr olunan konfrans keçiriləcək nesreddin-tusi.jpg Azərbaycanın böyük alimi, idealist filosofu, astronom və riyaziyyatçısı Nəsrəddin Tusininin 808 yaşı olur. Əsrlər ötsə də, alimə olan maraq və sevgi azalmır. Təkcə bu il ərzində Nəsrəddin Tusiyə həsr edilən iki beynəlxalq konfrans keçiriləcək. «Dinin və xalqın köməyi, elm aləminin şahı, zamanın anası hələ belə oğul yetirməyib». Bu sözlər Nəsrəddin Tusinin məzarının baş daşına həkk edilib. Zamanın qiymətini alim elə belə qazanmayıb. Onun yaratdığı məktəb elm xadimləri yetişdirməklə yanaşı, həm də astronomiyaya novatorluq gətirib. Tusi məktəbində yaradılan ilk coğrafi qlobusu Avropada almanlar düz iki əsrdən sonra düzəldiblər. Ulduz qlobusu isə hələ də Drezden qalareyasında qorunur. Nəsrəddin Tusi yaradıcılığı astronomiya ilə yanaşı, riyaziyyat, fəlsəfə, musiqi , etika sahələrini də əhatə edir. Hələ 34 yaşında yazdığı «Əxlaqi nasir» əsəri əsrlər sonra belə zamanın nasirini təsdiqləyir. İndi Nəsrəddin Tusinin adı səmada da əbədiləşdirilib. Aydakı kraterlərdən biri onun adını daşıyır. Beynəlxalq Astronomiya İttifaqının bununla bağlı tərtib etdiyi diplomda Nəsrəddin Tusi azərbaycanlı alim kimi göstərilir. Göydəki astroidlərdən birinə də Nəsrəddin Tusinin adı verilib. Elə Qafqazdakı yeganə Şamaxı rəsədxanası da onun adını daşıyır. Yeni yaranan Azərbaycan Astronomlar Cəmiyyəti isə Tusi mükafatı təsis edib. Bu il həm də qalileyin ilk teleskopu yaratmasından 400 il ötür. Bu münasibətlə UNESKO 2009-cu ili beynəlxalq astronomiya ili elan edib. Azərbaycanlı astronomlar bundan yararlanıb Nəsrəddin Tusiyə həsr olunmuş beynəlxalq konfrans keçirməyi planlaşdırırlar. Beynəlxalq astronomiya ili Marağa və Şamaxı rəsədxanalarına düşərli olub. Bu il hər iki mərkəz yenidən qurulacaq. Şamaxıda təmir-bərpa işləri prezident İlham Əliyevin sərəncamı əsasında aparılır. Rəsədxana yeni teleskop və cihazlarla təmin olunacaq. Burda astronomların yaşayışı üçün bina da inşa ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar