SON XƏBƏRLƏR

İranın xarici borcu 21 milyard 600 milyon dollara çatıb

2021.10.20, 07:36
İranın xarici borcu 21 milyard 600 milyon dollara çatıb

Gunaz.tv
İranın xarici borcu 21 milyard 600 milyon dollara çatıb "The Ekonomist" jurnalının 2009-cu il yanvar ayı üçün apardığı hesablamalara görə, İranın ötənilki xarici borcu 21 milyard dollardan cari ildə 21 milyard 600 milyon dollara çatıb. Bu artım ümumdaxili məhsulun 7.1 faizini təşkil edir. Jurnalın hesablamalarına görə, sonrakı illərdə İranın xarici borcunda azalma müşahidə olunacaq. Belə ki, 2009-cu ilin sonlarında İranın xarici borcu 19 milyard 300 milyon və 2010-cu ildə isə 18 milyard 800 milyon dollara kimi azalacaq. Bu isə ümumdaxili məhsulun 5.5 və 4.6 faizini təşkil edəcək. Jurnalın məlumatına görə, 2011-2012-ci illərdə İranın xarici borcu 18 milyard 200 milyona qədər azalacaq. 2013-cü ildə isə bu rəqəm dəyişməyəcək. Ümumdaxili məhsulun həcmi 2004-cü il göstəricisindən aşağı, 3.7 faizə kimi azalacaq. // Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar