SON XƏBƏRLƏR

İran çoxlu iqtisadi problemlərlə üzləşəcək

2021.10.20, 07:36
İran çoxlu iqtisadi problemlərlə üzləşəcək

Gunaz.tv
"İran çoxlu iqtisadi problemlərlə üzləşəcək" tehran2.jpg Məhəmməd Xatəmi: "Bütün dini və milli azlıqlar bərabər hüquq və hörmətə sahib olmalıdır" Güney Azərbaycanın Ərdəbil şəhərində yerli camaatla görüşən İranın eks-prezidenti Məhəmməd Xatəmi bildirib ki, cari ildə İran inflyasiya və çoxlu iqtisadi problemlərlə üzləşəcək. Bu problemləri isə bir dəfəyə həll etmək mümkün deyil: "Hövbəti prezident seçkilərində namizədliyini irəli sürmüş şəxslər bilməlidir ki, bu problemləri aradan qaldırmaq üçün hakimiyyətə gəlməlidirlər. Çünki ölkəni bundan da yaxşı idarə etmək olar". Turqut Onun sözlərinə görə, İranın ən mühüm problemlərindən olan iqtisadi vəziyyətin yaxşılaşdırılması gündəmdə olmalıdır: "İranın 20 illik inkişaf prespektivliyi sənədi təsdiqlənib. İranın mənəvi, maddi vəziyyəti, mövqeyi, siyasi və coğrafi strategiyası çox əlverişlidir. Biz imkanlardan düzgün və düşünülmüş şəkildə istifadə etməliyik". Məhəmməd Xətəmi qeyd edib ki, ölkə hər kəsə aiddir. Ölkədə yaşayan bütün dini və milli azlıqlar bərabər hüquq və hörmətə sahib olmalıdır: "Bu məsələ bizim konstitusiyamızda da göstərilib. "Şiə, sünni, məsihi və hər hansı dini azlığın nümayəndəsi əgər İran İslam İnqilabını və Konstitusiyasını qəbul edib ölkədə yaşayırsa, biz onu qorumalıyıq. Bütün partiya, düşərgə və digər baxışları kənara qoyaraq inqilabi dəyərlər və İranın inkişafı barədə düşünməli, problemləri həll etməyə çalışmalıyıq. Biz xalqın köməyilə nailiyyətlər əldə edə bilərik".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar