SON XƏBƏRLƏR

Azərbaycan prezidenti: “Ermənistan işğal etdiyi ərazilərdəki bütün tarixi abidələri, muzeyləri, məscidləri dağıdıb”

2021.10.20, 07:36
Azərbaycan prezidenti: “Ermənistan işğal etdiyi ərazilərdəki bütün tarixi abidələri, muzeyləri, məscidləri dağıdıb”

Gunaz.tv
Azərbaycan prezidenti: “Ermənistan işğal etdiyi ərazilərdəki bütün tarixi abidələri, muzeyləri, məscidləri dağıdıb” ilhameliyev190508.jpg “Azərbaycanda bütün tarixi abidələr bərpa olunub, teatrlar təmir edilib. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik. Ancaq Ermənistanın Azərbaycan ərazilərini işğalı etməsi nəticəsində biz öz tarixi irsimizi tam qoruya bilmirik”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” Mədəniyyət İlinin təntənəli açılış mərasimindəki çıxışında deyib. Azərbaycan ərazilərinin 20 faizinin hələ də işğal altında olduğunu qeyd edən dövlət başçısı 1 milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşdüyünü vurğulayıb. O, bununla yanaşı, işğal altındakı torpaqlardakı bütün tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığını, muzeylərin talan edildiyini, bütün məscidlərin, məbədlərin yerlə yeksan olunduğunu söyləyib: “Bunu beynəlxalq müşahidəçilər də vurğulayır. 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa və işğal olunmuş digər ərazilərə səfərinin nəticələri əsasında hazırlanan məruzədə də göstərilib ki, Ermənistan tərəfi hər şeyi dağıdıb. Budur, erməni vandallığının nəticəsi, budur, Ermənistanın işğalçılıq siyasəti. Şübhə yoxdur ki, biz bütün tarixi abidələrimizi torpaqlarımız işğal altından çıxandan sonra bərpa edəcəyik. Bütün şəhərləri, binaları yenidən tikib, təmir edəcəyik. Amma bunun üçün münaqişəyə son qoyulmalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bitməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar”. İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuvecyri də çıxışında Dağlıq Qarabağ məsələsinə də toxunub və Azərbaycanın işğala məruz qalmış torpaqların qayıtmasını arzulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar