SON XƏBƏRLƏR

İranda inqilabın 30 illiyi: səbəblər, nəticələr – 4

2021.10.20, 07:36
İranda inqilabın 30 illiyi: səbəblər, nəticələr – 4

Gunaz.tv
İranda inqilabın 30 illiyi: səbəblər, nəticələr – 4 İnqilab necə baş verdi 1978-ci ildə İran hakimiyyətinin rəsmi orqanı olan “Ettelaat” qəzeti Xomeynini təhqir edən məqalə dərc etmişdi. Buna etiraz olaraq Qum şəhərində dini qüvvələr etiraz aksiyası həyata keçirdi. Lakin bu aksiya Şahın hərbi dəstələri vasitəsi ilə dağıdıldı və bir neçə nəfər həlak oldu. Həlak olanların “40” mərasimində Təbrizdə geniş etiraz aksiaları başladı. Bu aksiyalar zamanı silahlı qüvvələrin müdaxiləsi nəticəsində bir çox insan həlak olsa da, Təbriz əhalisi etirazları davam etdirdi. Artıq Təbrizdə ki, etirazlar radikal şüarlarla keçirilirdi. Bundan sonra digər şəhərlər Təbriz hadisələrinə dəstək verməyə başladı. Yəzddə, Tehranda və digər böyük şəhərlərdə etirazlar böyüməyə başladı. Hakim orqanlar etiraz edənləri “ixlalçı” adlandırdı. Şahın təhlükəsizlik qüvvələri inqilabçı qüvvələrə qarşı terror əməliyyatları həyata keçirir. Avqust ayında Məhəmmədriza Şah ədalətli seçkilərin keçirilməsi barədə vədlər verdi. Bu Şahın bir addım geri çəkilməsi demək idi. Buna baxmayaraq etirazlar davam edirdi. Hökumətlər bir-birinin arxasınca istefaya gedir və yeni hökumət formalaşırdı. Xomeyni İraq hakimiyyətinin təzyiqləri nəticəsində İraqdan Parisə göndərilir. Amma fəıaliyyətlərini davam etdirdi və Parisdən də bəyanatlarını İrana və xalqa çatdırırdı. Tehranda və digər şəhərlərdə mitinqlər və etiraz aksiyaları səngimək bilmirdi. Xalq artıq şahlıq rejiminin dəyişilməsini tələb edirdi. Məhəmmədrza Şah kütlə ilə irtibat yaratmaq üçün yollar axtarırdı. Bir birinin ardınca gələn baş nazirlər xalqla heç bir dil tapa bilmirdi. Şah üçün sonuncu vasitə Milli Məzhəbilərdən yenicə ayrılmış Şapur Bəxtiyar idi. Bəxtiyar Baş Nazir postuna təyin olundu və elan etdi ki, Xomeyni ilə danışıqlara getmək istəyir. Lakin Xomeyninin yerində göstərdiyi cəsarət və qətiyyət Şapur Bəxtiyarın arzularını ürəyində qoydu. Bu zaman bütün sənaye müəssisələri və dövlət zavodları tətilləri davam etdirirdi. İranın iqtisadi-siyasi durumu tam dayanmışdı. Şah nə zorla, nə də dialoq vasitəsi ilə xalqı sakitləşdirə bilmirdi. Üsyan bütün sinif və təbəqələrdə baş verirdi. Artıq şah ən çox güvəndiyi orduya belə inanmırdı. Orduda xalqla birləşmə əhval ruhiyyəsi yaranırdı. Əsgərlər xalqa güllə atmaqdan imtina edirdi və bir çox hallarda silahı ilə xalq tərəfinə keçirdi. Şah bir sıra yaxın adamlarını həbs edərək xalqın könlünu almağa çalışsa da bu onların qəzəbini azaltmadı. Nefel Noşatodan Xomeyni inqilabın rəhbərliyini cəsarətlə yerinə yetirirdi. Onun göstərişləri xalq üçün “Allahın əmri” hesab olunurdu. Ordunun əvvəlcə Hava Qüvvələri sonra digər hissləri Şahın göstərişlərinə əməl etməkdən imtina etdi. Onlar əvvəlcə özlərini bitərəf elan etdilər, sonra isə xalqla birləşdilər. Bundan sonra Şah üçün ümid yeri qalmadı. Şahın şansı xarici dövlətlərdən yardım almaq idi. Şahın ən yaxın müttəfiqi olan ABŞ rəsmiləri Şahdan əllərini üzmüşdülər. Yeni hakimiyyətə kimlərin gələcəyi haqda düşünürdülər. Ruslar isə Amerikayönlü Şah rejiminin dəyişməsinə və yeni sol təmayüllü hakimiyyətin formalaşmasına ümid bağlamışdılar. Şahın yeganə yolu ölkəni tərk etmək oldu. Belə qərarı verməkdə Şahın xəstəliyinin və ətrafındakıların kifayət qədər vəfalı olmamasının da təsiri var idi. Digər tərəfdən Şah Xomeyni qədər cəsarətli və qatiyyətli deyildi. Həm Şah onunla müxalif olmasına baxmayaraq millətsevər olduğuna görə artıq qan tökülməsinin də tərəfdarı deyildi. İnqilabdan sonrakı inqilab Xalqın üsyanı genişləndikcə Şah geri otururdu. Nəhayət yanvarın 15-də Şah İranı tərk etdi. Bir müddət sonra ordu xalqla birləşdi və inqilab qələbə qazandı. Hadisələr artıq digər səmtə doğru cərəyan etməyə başladı. İnqilabdan sonra Xomeyni milli hökumətin yaranması haqda göstəriş verirdi. Mehdi Bazərqanın başçılığı ilə müvəqqəti hökumət formalaşdı. Lakin bu hökumətin qərarları inqilabçılar tərəfindən qəbul olunmurdu. Xomeyninin tərəfdarları olan tələbələr ABŞ səfirliyinə hücum edərək orda olan bütün diplomatları girov götürdülər. Bu hadisədən sonra müvəqqəti hökumət istefaya getdi. Seçkilərdə Bənisədr qələbə qazansa da, bir il çəkmədən Xomeyninin göstərişi ilə istefa verərək xaricə qaçmalı oldu. İnqilabda böyük rol oynayan “Xalqın mücahidləri” “münafiq” elan edildi, bu qrupdan olanlar sıxışdırılmağa baəladılar. Fanatik inqilabçılar Şahın tərəfdarlarını və ordu generallarını qətliam edir, müxalif qüvvələri inqilab məhkəmələrinin hökmü ilə güllələyirdilər. İnqilabda iştirak edən və inqilabın fəqərə sütünu hüsab olunan “Xalqın Mücahidləri”, “Solçu qüvvələr” və digər milli və yerli qüvvələr inqilabdan sonra Xomeyni tərəfindən “mürtəd” elan olunaraq qətliama məruz qaldılar. Bu qətliam dövründə 10 minlərlə gənc siyasi qüvvə və elitar təbəqə qətlə yetirildi. İnqilabdan sonra müxalifləri məhv etməyə İran-İraq müharibəsi də “əla şərait” yaratdı. Xarici dövlətlə müharibə vəziyyətində olan dövlət daxildə istənilən müxalif qüvvəni “vətən xaini” adı ilə aradan qaldırmaq rahat olduğu üçün bu fürsətdən də istifadə edildi. İranda bu iş həm də “din düşməni” adı altında məhv etmə çəklində aparıldı. Xomeyni “İslam Respublikası”nın əsaslarını möhkəmləndirmək üçün müharibənin bitməsini istəmirdi. İraqın işğal etdiyi İranın cənub torpaqları azad olduqdan sonra belə Xomeyni müharibəni “Kərbəla” və “Qüdsu” azad edənə qədər davam etdirəcəyini bildirmişdi. İnqilabın 30 illiyi elə bir halda qeyd olunur ki, bu inqilab yüz minlərlə inqilabçı qüvvələrin qanının üstündə qurulub. Bütün inqilablar kimi bu inqilab da “öz balalarını yeməyə başladı”. Amma bu yemə prosesi sadəcə “balalar” ilə məhdudlaşmadı, həm də inqilabdan sonra gələn 3 nəsilin məhvi deməkdir. Müharibə, qətli-qarətlər və zorakılıq altında böyüyən, həttə ən kiçik insani hüquqdan məhrum olan nəsillərbu prosesin qurbanı olur. Bütün problemlərinin həllini əsasən narkotikdə və pozğun həyat sürməkdə görən İran gəncliyi ən yaxşı halda məscidlərdə fanatik dinçilərin toruna düşərək özünə yer tapmağa çalışır. Və yaxud xaricı ölkələrdə sürgün həyatı yaşayır. Çünkü İran daxilində azacıq siyasi və ictimai düşüncəyə malik olsa, siyasi düşündüyünə görə həbslər və təzyiqlərə məruz qalacaq... araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar