SON XƏBƏRLƏR

İranda inqilabın 30 illiyi: səbəblər, nəticələr - 3

2021.10.20, 07:36
İranda inqilabın 30 illiyi: səbəblər, nəticələr - 3

Gunaz.tv
İranda inqilabın 30 illiyi: səbəblər, nəticələr - 3 İran inqilabında milli amillər İran adlanan ölkə bir çox millətlərin ərazisindən ibarətdir. Rza şah Pəhləvi dövründən rəsmi şəkildə “İran” adlandırılan ölkənin tarixi əraziləri uzun müddət Türk tayfa və sülalələrinin hakimiyyəti altında olub. Fars tayfalarından olan Zəndilərin bu torpaqlarda bir neçə il hakimiyyətı sürsə də, Ağa Məhəmməd xan Qacar, Lütfəlixan Zəndi məğlub edərək yenidən bu torpaqlarda Türk sülalərinin hakimiyyətini bərpa etmiş oldu. Bugün iranda yaşayan Azərbaycan Türklərinin müxtəlif qolları və Türkmənlər, bu torpaqların çoxunun həqiqi sahibləri olublar. İngilislərin yardımı ilə hakimiyyəti Qacarlar sülaləsindən qəsb edən Riza Mirpənc öncə cumhuriyyətin yaranmasını elan etsə də, sonra özünü şah elan edərək ölkənin adını da İran olaraq dəyişdirdi. Bugün İran adlandırılan coğrafiya tarixən siyasi birliyi olduğu zaman “Məmləkəti Qacariyyə”, Dövləti Aliyyə Qacar, “Məmləkəti Qızılbaşiyyə” və sair şəkilndə adlandırılmaqdaydı. Ancaq vahid dövlət olmadığı zaman hər bir ölkə öz adı ilə məsələn şimal və qərb hissələri Azərbaycan, mərkəzi hissəsi Farsistan, qərb hissəinin bir qismi İraqi-Əcəm, şimal-şərqi Xorasan, cənub-şərqi Bəluçistan və cənub-qərbi isə Ərəbistan adlanardı. Bunlar arasında ən çox Azərbaycan və Farsistan müstəqi dövlətlərə malik olub, digərləri isə tabeçilikdə olan vilayətlər olub. İngilis dilində İranı Farsistanın eyniləşdirərək Persia kimi də xarakterizə etməkdəydilər. Qacar dövründə saray dili və rəsmi dil Türk dili idi. Lakin Qacarların hakimiyyətinin ortalarında iqtidara gələn Nasirəddin şah zamanı rəsmi dil Farsca oldu, ancaq Azərbaycan Türkcəsi saray dili olaraq qalmaqda idi. Təbriz isə ölkənin ikinci paytaxtı və ən önəmli şəhəri sayılırdı. Amma Pəhləvilər hakimiyyətə gəldikdən sonra Azərbaycan Türklərinə qısqanclıqla yanaşdılar. Məhəmməd Rza Şah Azərbaycanlı qız Fərəh Diba ilə evlənməmişdən əvvəl Azərbaycan vilayətlərində yoxsulluq və fəlakət baş alıb gedirdi. Mərkəz Azərbaycan Türklərinin problemlərinə laqeyd yanaşırdı. Fərəh Diba saraya getdikdən sonra Təbriz də bir sıra xəstəxanalar və sənaye müəssisələri tikilməyə başladı. İnqilablar beşiyi Təbriz ikinci dünya müharibəsi zamanı müxtariyyət uğrunda mübarizə etmişdi və bir il müddətinə müxtar vilayət kimi qalmışdı. Bir il sonra xarici amillər nəticəsində məğlub olmuş və şah qoşunu tərəfindən yenidən işğal olunmuşdu. Azərbaycanda həmişə mərkəzdən qaçma meyilləri mövcud olub. Bu isə özünü daim inqilablar və etirazlarda büruzə verib. Son İran inqilabı zamanı da mübarizənin əsas qığılcımları Təbrizdən başladı. Bu şəhər əhalisi üsyan etdikdən sonra digər şəhərlər də etirazlara qatıldı. Amma inqilabdan öz payını ala bilməyən Azərbaycan, inqilabdan sonra da etirazları davam etdirirdi. Bu isə Təbrizdə “Xəlqi Müsəlman” hərəkatının yaranmasına gətirib çıxartdı. Lakin inqilabdan sönra hakimiyyətə gələn yeni rejim bu hərəkatı qanlı yolla məhv etdi. İran çöx millətli ölkə olduğuna baxmayaraq şovinist Fars siyasəti nəticəsində digər xalqların bütün hüquqları tapdalanır. Onlar üz dillərində təhsildən məhrumdurlar və ana dilləri, eləcədə milli adət ənənələrini itirmək təhlükəsiylə qarşı-qarşıyadırlar. Bu səbəbdən daimi etirazlar mövcuddur. Mərkəzi hakimiyyətin daimi problemi olan “Etnik məsələlər” vaxt aşırı İranda problemlər yaratmaqda dır. Bu etirazlar inqilabın baş verməsində mühün rol oynamışdı.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar