SON XƏBƏRLƏR

İranda inqilabın 30 illiyi: səbəblər, nəticələr - 2

2021.10.20, 07:36
İranda inqilabın 30 illiyi: səbəblər, nəticələr - 2

Gunaz.tv
İranda inqilabın 30 illiyi: səbəblər, nəticələr - 2 İnqilabın iqtisadi səbəbləri İnqilabdan əvvəl Şah İranın inkişafı üçün “üçüncü və dördüncü inkişaf proqramlarını həyata keçirdi. Bəzi qüsurları nəzərə almasaq bu layihələri uğurlu hesab etmək olar. Buna baxmayaraq basda torpaq sahibləri olan mülkiyyətçilər və ruhani təbəqə olmaqla bəzi təbəqələr bu layihələrin tətbiq edilməsindən çox narazı idi. Belə ki, proqramların tərkib hissəsi olan “torpaq islahatı” kəndlərdə torpağı mülkədarlardan alıb kəndçilərə verdi. Bu mülkədarların bir hissəsi isə dini xadimlər və böyük müctəhidlər təşkil etməkdəydi. Şahın torpaq islahatları nəticəsində bu ruhani təbəqə artıq cəmiyyətə və xüsusən kəndlilər arasındakı nüfuz vasitələrinin biri olan torpağı itidi. Bundan sonra mollaların mesçidlərdə və yas mərasimlərdə təbliğat sistemləri şahın əleyhinə işə düşdü və “islam dininin təhlükədə olması” tezisi geniş şəkildə təbliğ olundu. Bu təhlükə siqnalı adi kütlə də şaha qarşı büyük nifrət hissi yaratdı. Adi kəndli və şəhər əhalisi şahı və onun ailəsini eləcədə şahın gördüyü bütün işləri İslama zidd hesab etməyə başladı. Hətta o dövrdə hakimiyyətin saatları qış vaxtına keçirmə qərarı belə insanlar arasında ciddi narazılq yaradırdı və bunu namazın vaxtının bilinməməsi kimi təhlil edilməkdəydi. Yenə 1978 ci ildə Şahın həyat yoldaşı Fərəh Pəhləvi Şirazda keçirdiyi mədəniyyət günləri də, bu tədbiri islam zidd hesab edən xalqın üsyana şevrilən etirazları sonucu ləğv edildi. 70 ci ilin əvvəllərində 2 ilin ərzində İranın neft gəlirləri 3 dəfə artaraq 8.3 milyard dollardan 24.2 milyard dollara çatmışdı. Bunun nəticəsində Şah 5-ci inkişaf proqramına bir sıra dəyişikliklər edərək layihənin büdcəsini 2 dəfə artırdı. Neft gəlirlərinin artması nəticəsində idxal mallarının həcmi həddindən artıq çoxaldı. Belə ki, 1974-də 6 milyard olan idxalat 1978-də 25 milyard dollara yüksəldi. Bundan başqa Şah dövlət büdcəni iki dəfə artırdı, xarici ölkələrdən alınan uzun müddətli kreditlərini qısa müddət içində qeri qaytardı və istəyən ölkələrə beynəlxalq maliyyə müəssisələri vasitəsi ilə kreditlər verməyə hazır olduğunu elan etdi. Yenə Şah artan gəlirləri ilə bir sıra böyük xarici şirkətlərin səhmlərini almağa yönəldi və bu çərçivədə Alman “Krop” şirkətinin 25 faizini satın aldı. İran milli neft sənayesində çoxlu yatırımlar qoymaqla yanaşı, Hindustan, Cənubi Koreya və Seneqalda neft sənayisi zavodları tikilməsində sərmaya yatırdı. Ölkədə qiymət bahalaşması baş verməsinin xalqı narazılğına səbəb olacağından ehtiyat edən Şah daxildə infilasiyanı nəzarətdə saxlayırdı. Ancaq buna baxmayaraq 1976 ci ildə İranda infilasiyanın qarşısını almaq mümkün olmadı və bu rəqəm inqilabdan əvvəl 25 faizə çatdı. O bir tərəfdən idxal malları çoxaldıqca İranın limanlarında malların yerləşdirilməsində problemlər yaranırdı. Mütəxəssislərin cox büyük bir hissəsi İran iqtisadiyyatı bu qədər sərmayəni özünə cəzb etməyə qadir olmadöını və bunun mənfi nəticələrinin olacaöını vurqulamaqdaydılar. Iqtisadçılar neft gəlirərinin böyük hissəsini xarici şirkətlərin səhmlərini almasına sərf etməyi məsləhət görürdülər. İşsizliyin səviyyəsi İran tarixində ilk dəfə olaraq 2.9 faizə düşmüşdü. Hətta İran başda Əfqanistan, Banqladeş, Pakistan olmaq üzrə müxtəlif bölgə olkələrindən xarici işçi qüvvəsinin geniş fəaliyyət göstərdiyi ölkəyə çevrilmişdi. Şahın bu siyasətinin nəticəsi olaraq varlı və kasıb təbəqələr arasındakı iqtisadi uçurum getdikcə böyüməyə başladı. Özəl sektorda kiçik sənaye sahibləri əzilirdi. Hökumət bütün sektorlara sərmaya yatırıb özəl iş adamlarını sıradan çıxardı. Şahın yaxın olan və milyardlarla dollar sərvətə malik bir grup adam İran iqtisadiyyatını tamamiylə öz əlinə keçirirdi. Kəndliləri torpaqda yox sənaye müəssisələrində işləməsini istəyən Şah bunun həyata keçirmək üçün kəndlərdə yaşayış səviyyəsinin yaxşılaşdırması istiqamətində ciddi addım atmayaraq kənlərdən şəhərə köçü təşvik etdi. Ancaq yoxsulluqdan zəiiyət çəkən küllü miqdarda kəndlinin böyük şəhərlərə üz tutması nəticəsində şəhərlər sürətlə böyüyərək yeni problemlər yaratmağa başladı. Artıq böyük şəhərlərdə narazı əhalini nəzarətdə saxlamaq imkansız olmaya başladı. Beləcə İran inqilabı üçün münasib iqtisadi şərait yaranmış oldu. Ölkədə iqtiadsi mənada ədalətsilzk və ayrıseçkiliyə son verməyi də əsas şüarlardın bir kimi fəal istifadə edən inqilabçı qüvvələr inqilabdab sonra Şahın və onun ətrafının mallarıni müsadirə etməyə başladılar. Qısa bir zamanda banklar, böyük sənaye müəssisələri, holdinqlər və özəl maliyyə vəsaitləri müsadirə edilərək milliləşdirildi. Belə ki, inqilabdan sonra ilk 6 ayda İnqilab Şurasının əmri ilə 28 özəl bank müəssisəsi, avtomobil zavodları, mis, polad, aluminiyum zavodları və 51 milyonçu iş adaminin bütün var-dövləti, eləcədə Şah və onun qohum-əqrəbasına məxsus əmlak və var-dövlət müsadirə edilərək “Bünyadi Müstəzəfan” adlı bir fonda verildi. Ancaq şox keçmədən kasıblara yardım məqsədiylə yaradılan bu fondun əlindəki sərmayəni və müəssisələri idarə edə bilmədiği ortaya çıxdı. Xüsusən də müəssisələrin bir çoxu uzun müddət işləmədi və ya diqqətsizlik nəticəsində məhv oldu, bir çoxu da sonralar yenidən özəl sektora qaytarıldı. Ancaq nəticə baxmından iqtiadsi mənada ədalətsilzk və ayrıseçkiliyə son verməyi əsas məqsədlərindən biri olduğunu vurğulayan İngilabın baş vermsəindən sonra da sadə kütləı baxımından ciddi dəyişikliklər olmadı. Belə ki, Şah zamanin da varlı olan şəxslərin əsas hissəsi xaricə gedərək, daha əvvəl bankalar qoyduqları külü miqdarda sərvətlə yüksək səviyyləi həyatlarını davam etdirdilər. Onların yerinə hakimiyyətə gələn ingilabcılar isə İran nemətlərini öz əllərində topladılar. Şah dövrünün kasıb təbəqəsi isə inqilabdan sonra da maddi problem içində yaşamaya davam edir. araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar