SON XƏBƏRLƏR

İranda inqilabın 30 illiyi: səbəblər, nəticələr - 1

2021.10.20, 07:36
İranda inqilabın 30 illiyi: səbəblər, nəticələr - 1

Gunaz.tv
İranda inqilabın 30 illiyi: səbəblər, nəticələr - 1 İran inqilabında ABŞ-ın rolu 1978-ci ilin yanvar ayında ABŞ-ın o vaxtkı prezidenti Cimi Karter İranı “sabitlik adası” adlandırdı. 2 il bundan sonra Amerikanın Tehrandakı səfirliyi fanatiK “İslamçı” tələbələr tərəfindən işğal olunduqda səfirliyin binasından əldə olunan gizli sənədlərdən bəlli olurdu ki, əslində 70-ci illərdə ABŞ İranda sabitsizliyin yaranacağını və Şahlığın əsaslarının sarsılacağını ehtimal edirmiş. Bu araşdırma yalnız İranın o dövrdəki siyası mənzərəsinin təhlili nəticəsində yox, həm də İranda sosial və iqtisadi durumun, neft qiymətlərinin bahalaşmasından sonrakı vəziyyətin və Şahın apardığı 7 illik iqtisadi inkişafdan sonra İran cəmiyyətinin durumunun araşdırılması nəticəsində meydana çıxmışdı. Şah neft gəlirlərinə arxalanaraq “İranın iqtisadi inkişaf proqramını” sürətləndirməyə başladı. Bu proqramı iki qat sürətləndirdi. O dövrün bir çox mütəxəssisləri bunun nəticələri haqda şaha xəbərdarlıq etsələr də, Məhəmmədrza Şah bunları ciddi qəbul etmədi. Şahdan fərqli olaraq bu mütəxəssislər ABŞ-ın Tehrandakı diplomatlarının diqqətini də məsələyə yönəltmişlər. Bu mütəxəssislərin fikirləri və Amerikalı alimlərin araşdırmaları nəticəsində İranda sabitsizlik yaranacağını qabaqcadan proqnozlaşdırılmışdır. Amma Cimi Karterin yuxarıda qeyd olunan bəyanatını rahatlıqla vermişdi. Çünkü bu bəyanatın arxasında əsasən ABŞ-ın iqtisadi maraqları dayanırdı. İran getdikcə regionda lider dövlətə çevrilirdi. İran və konkret olaraq Şah neftin qiymətlərinə təsir imkanları əldə etmişdi və Ərəb ölkələrinə öz mövqelərini diktə etməyə qadir idi. Bu isə ABŞ-ın siyasi-iqtisadi və regional siyasətinə uyğun deyildi. Bütün bunlara rəğmən İranda inqilab baş verdi və ABŞ Şahı yetəri qədər dəstəkləmədi. İnqilab itkilərlə olsa da qələbə qazanmışdı. Amma əsas itkilər elə bundan sonra başladı. Xalq demokratiya axtarışında olsa da daha ağır diktatura ilə üzləşdi. Şahın qaçması ilə Amerika regionda yaxın müttəfiqlərindən birini itirmiş oldu. İranın şimal qonşusu SSRİ belə bir fürsət axtarırdı. İran inqilabında fəal rolu olan solçu qruplar ilk dəfə olaraq İran tarixində hakimiyyətə yaxınlaşırdılar. ABŞ İranda kommunistlərin hakimiyyətə gəlməsi və İranın bütünlüklə Sovetlər Birliyinin nəzarətinə keçmə ehtimalını hiss etdi. Bu isə ABŞ üçün əsl faciə demək idi. Əslində inqilabda əsasən 3 qüvvə iştirak edirdi. Fanatik “dinçilər” və kommunistlərlə yanaşı “liberal demokrat” da, başqa adla desək “milli məzhəbilər” də inqilabın əsas iştirakçıları idı. ABŞ bu qüvvələr arasında ən təhlükəsiz olanını seçmək məcburiyyətində idi. Bu qüvvələr isə “Milli məzhəbilər” idi. Sol qüvvələrin Sovetlər Birliyinə yaxın olduğunu bilən Qərb inqilabın gedişində və inqilab qələbə qazandıqdan sonra Xomeyninin tərəfdarlarını və milli məzhəbiləri dəstəkləyərək onların gücünün artmasına səbəb olmuşdu. Amma digər iki qrupdan biri yəni “dinçilər” ABŞ və ümumən Qərbə çox yaxşı tanış olmadığından onlar daha çox milli məzhəbilərin hakimiyyətə gəlməsinin tərəfdarıydılar. Bu səbəbdən Şaha təkid edirdilər ki, Şapur Bəxtiyarı Baş Nazir təyin etsin. Şapur Bəxtiyar milli məzhəbilərdən ayrılmış və Şaha yaxınlaşaq kadr idi. O ciddi cəhdlə Xomeyni ilə danışıqlara getmək və Şahlıq rejimini formal olaraq saxlamaq istəyirdi. Bu yolla da dünyəvi milli hakimiyyəti qurmağa çalışırdı. Lakin onun fəaliyyəti Xomeyninin inadı və cəsarəti qarşısında heç oldu. Xomeyni gəldikdən sonra bildirdi ki, Bəxtiyarın hakimiyyəti qeyri-qanunidir və özü yeni hökumət təyin edəcək. Mehdi Bazərqan müvəqqəti hökumətin başçısı təyin olundu. Mehdi Bazərgan milli məzhəbilərdən ibarət öz kamandasını yaratdı və bir ildən az müddətfə fəaliyyətdə oldu və bu dövrdə fanatik dinçilər digər inqilabi komitələri təşkil edərək hakimiyyəti faktiki olaraq ələ almışdılar. Daha sonra Amerikanın Tehrandakı səfirliyi fanatik islamçı tələbələr tərəfindən işğal olundu. Xomeyni bu hadisəni dəstəklədi. Mehdi Bazərqan istefa verdi. Bu isə milli məzhəbilərin sonu demək idi. İran hakimiyyəti birbaşa fanatik dinçilərin əlinə keçdi. Bu variant hərhalda ABŞ üçün hakimiyyətin Kommunistlərin əlinə keçməsindən daha yaxşı hesab olunurdu. Bir sıra ABŞ mütəxəssisləri İran inqilabında ABŞ-ın səhvlərinin olduğunu araşdırıb və əsas səhvi isə Şahı müdafiə etməməkdə görürlər. Bəziləri isə hesab edir ki, ABŞ Şah hakimiyyəti ilə daha rahat dil tapa bilərdi. ABŞ Şahı nə bahasına olur olsun qorumağa çalışsaydı, uğur qazanardı, yoxsa bu plan ilə bütünlükdə İranı itirə bilərdimi? İinqilabdan sonra keçən 30 il ABŞ-ın o dövrdəki siyasətini hələ də tam olaraq anlamağa və bu sualnın cavabını tam şəkildə tapmağa hələ də imkan vermir. Ardı var... araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar