SON XƏBƏRLƏR

Suriya ABŞ-la dialoqa hazırdır

2021.10.20, 07:36
Suriya ABŞ-la dialoqa hazırdır

Gunaz.tv
Suriya ABŞ-la dialoqa hazırdır Suriya ABŞ-la birbaşa dialoqa hazırdır. Bunu Suriya prezidenti Bəşər Əsəd The Guardiana müsahibəsində deyib. Qəzet qeyd edir ki, o, qərb mətbuatına nadir hallarda müsahibə verir. “Üç nöqtə”nin “Qazeta ru”ya istinadən xəbərinə görə, Əsəd bildirib ki, ABŞ-ın yeni adminstrasiyasından səfirini Dəməşqə göndərməyi gözləyir. O, Buş erasının sona çatması ilə ABŞ-la yeni əlaqələrin yaranacağına ümid etdiyini bildirib. Həmçinin Yaxın Şərqdə sülh prosesində ABŞ-ın “baş hakim” rolunu qeyd edir. “Birləşmiş ştatları bu konteksdə heç kimlə əvəz etmək lazım deyil”- Əsəd bildirib. ------------------------------------------------------ Sumqayıtın 60 illiyi qeyd olunacaq Bu barədə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Ramiz Həsənov məlumat verib Sumqayıt şəhərinin 60 illiyi, eyni zamanda Novruz bayramı münasibətilə Sumqayıt şəhərində ötən il olduğu kimi kütləvi səhnələşdirilmiş bayram şənliyinin keçirilməsi nəzərdə tutulub. Şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin ANSPRESS-ə verdiyi məlumata görə, bu barədə dünən Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsində keçirilən yığıncaqda Sumqayıt şəhər İcra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Ramiz Həsənov məlumat verib. Bayram tədbirlərində Sumqayıtın partnyor şəhərlərinin nümayəndələrinin iştirakı da nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar