SON XƏBƏRLƏR

Heyvan heyvanla görmədiyi işi, fars şevonizmi türk qadınlarına qarşı görür

2021.10.20, 07:36
Heyvan heyvanla görmədiyi işi, fars şevonizmi türk qadınlarına qarşı görür

Gunaz.tv
Heyvan heyvanla görmədiyi işi, fars şevonizmi türk qadınlarına qarşı görür İranın cəza qanununun 83 - cü maddəsinin əsasında, əgər bir ərli qadın başqa kişi ilə cinsi əlaqədə olarsa, o, zina ilə ittihamlanıb və daş - qalaq edamına məhkum olunmalıdır. İngiltərənin "Qardiyan"qəzetinin verdiyi məlumata görə, bu növ ittihamlarla bağlı məhkəmə gizli və müttəhimin vəkili olmadan, şahidsiz icra olunur. "Qardiyan" qəzeti bildirir ki, keçən ilin oktyabr ayında zina ittihamı ilə bağlı iki dosya Əhvaz şəhərində hazırlanıb. Qeyd edək ki, bu şəhərdə yaşayanların çoxu ərəb dilində danışırlar. İki dosya da İranın şimal - qərbində hazırlanıb. Bu bölgədə yaşayanların da əksəriyyəti Azərbaycan türkcəsində danışır. Bu mövzu bais olub qeyri - fars məntəqələrdə, yəni ərəblər, bəluçlar, azərbaycanlılar yaşayan məntəqələrdə zina ittihamı ilə bağlı nigarançılıq arta. Çünki belə nəzərə gəlir, zina ilə ittihamlanan mütəhimlər, əgər fars dilin bilməsələr, elə bir zəmanət yoxdur ki, onları başa salmaq üçün tərcüməçidən istifadə oluna. Bu xəbər aydın şəkildə göstərir ki, İranda yaşayan qeyri - fars qadınlara, xüsusən, türk qadınlarına qarşı nə qədər ağla sığmaz dərəcədə vəhşilik tətbiq olunur. Yəni, bir qadını vəhşicəsinə qaş - qalaq edamına məhkum edirlər, amma ona bu imkanı vermirlər ki, özünə vəkil tuta və ya məhkəmədə danışılan dili başa düşə. Bu halda belə bir sual ortaya çıxır: Bu formada məhkəmənin icra olunmasının müttəhimə nə xeyri var? Burda onun hansı insani haqqı dövlət hüqüqu tərəfindən qorunur? azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar