SON XƏBƏRLƏR

PROBLEMLƏRİMİZİ TÜRK ZİRVƏSİNDƏ MÜZAKİRƏ ETMƏLİYİK

2021.10.20, 07:36
PROBLEMLƏRİMİZİ TÜRK ZİRVƏSİNDƏ MÜZAKİRƏ ETMƏLİYİK

Gunaz.tv
“PROBLEMLƏRİMİZİ TÜRK ZİRVƏSİNDƏ MÜZAKİRƏ ETMƏLİYİK” Erhan Öztunc: “Azərbaycanla bağlı xəbərləri “Yeni Müsavat”dan alırıq” 6982.jpg “Türk tarixinin ən önəmli səhifəsi olan ”Ergenekon" adının bir rüşvət, terror hörgütü ilə bağlanması türk insanını sarsıdıb. “Ergenekon” adının belə bir əməliyyata verilməsi qətiyyən doğru deyil". Bu fikirləri “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində Türkiyənin mekanım.com portalının rəhbəri Erhan Öztunc söyləyib. Aylardan bəri davam edən “Ergenekon” məhkəməsi barədə danışan E.Öztuncun fikirlərinə görə, əgər məhkəmə ədaləti olsa, bu işin sonunda ortaya heç bir nəticə çıxmayacaq. “Tutulan insanların hamısı evlərinə qəhrəman kimi dönəcəklər”. Türk dövlətlərinin birliyi barədə də danışan portal rəhbəri bildirib ki, bu birliyin reallaşması istiqamətində addımlar atmaq üçün Ankaranın çox böyük imkanları var: “Biz öz məsələlərimizi, Davos, Avropa Birliyi zirvələrində yox, Türk dövlətlərinin zirvəsində müzakirə etməliyik, problemlərimizin həlli yolunu türk toplumları ilə birlikdə tapmalıyıq”. E.Öztunc Azərbaycandakı vəziyyəti daimi izlədiklərini və ölkəmizlə bağlı xəbərləri “Yeni Müsavat”dan aldıqlarını söyləyib: “Bu baxımdan da biz Azərbaycanda ”Yeni Müsavat" qəzetinin daha da böyüməsini, güclənməsini istəyirik. Biz “Yeni Müsavat” qəzetini öz qəzetimiz hesab edirik. “Yeni Müsavat”ın Türkiyədə əlavəsinin nəşr olunmasını istəyirik və bunun üçün imkanlarımız çərçivəsində lazım olan köməkliyi göstərməyə hazırıq. İnanırıq ki, bu arzumuz reallaşacaq". Türkiyə və Azərbaycan mediasının əlaqələrinə gəlincə, E.Öztunc bunun arzuedilən səviyyədə olmadığını deyib: “Türkiyə ilə Azərbaycan jurnalistləri arasında münasibətlər şəxsi müstəvidədir. Yəni jurnalistlər bir-biri ilə yalnız şəxsi münasibətlərə görə məlumat mübadiləsi edə bilirlər. Amma biz çox istərdik ki, bu münasibətlər ən yüksək səviyyəyə çatsın, həm Türkiyə, həm də Azərbaycan mətbuatı bu ölkələrlə bağlı ən doğru xəbərləri yaysınlar”. Z.MÜQABİLOĞLU musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar