SON XƏBƏRLƏR

ABŞ-da “Xocalı həftəsi” keçiriləcək

2021.10.20, 07:36
ABŞ-da “Xocalı həftəsi” keçiriləcək

Gunaz.tv
ABŞ-da “Xocalı həftəsi” keçiriləcək Amerika-Azərbaycan Şurasının təşkilatçılığı ilə ABŞ-da “Xocalı həftəsi” keçiriləcək. Bununla bağlı keçiriləcək silsilə tədbirlərdə Azərbaycan Milli Məclisinin deputatları Həvva Məmmədova, Qənirə Paşayeva və Asim Mollazadə iştirak edəcək. Bu barədə APA-ya Amerika-Azərbaycan Şurasının Bakı nümayəndəliyinin rəhbəri Kəmalə Paşayeva məlumat verib. Onun sözlərinə görə, tədbirlərdə ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporasının, ABŞ ictimaiyyətinin nümayəndələri iştirak edəcək. Tədbirlərin Nyu-York, Vaşinqton, San-Fransisko, Kaliforniya, Çikaqoda təşkili nəzərdə tutulub. “Xocalı ədalət kampaniyası” adı altında baş tutacaq tədbirlər çərçivəsində soyqırımı ilə bağlı konfrans da keçiriləcək. Konfransda Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı filmi nümayiş olunacaq, millət vəkili Həvva Məmmədovanın ingilis dilində işıq üzü görən Xocalı soyqırımı ilə bağlı kitabı iştirakçılara təqdim olunacaq. Bundan başqa, tədbirlər çərçivəsində Xocalıda həlak olanların ruhuna ehtiram əlaməti olaraq BMT-nin binası qarşısında şam yandırılacaq. Silsilə tədbirlər fevralın 28-dək davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar