SON XƏBƏRLƏR

Presspost İsvecdə Azərbaycanın İran bayragi ilə tanınmasin askarladı

2021.10.20, 07:36
Presspost İsvecdə Azərbaycanın İran bayragi ilə tanınmasin askarladı

Gunaz.tv
Presspost İsvecdə Azərbaycanın İran bayragi ilə tanınmasin askarladı 2009-02-17_11070.jpg Azərbaycan haqqinda maraqlanan İsveçlilər ölkənin yerləşdiyi cografi ərazisini, daha sonra dinini, dilini öyrənirlər. Əyər ərazimiz haqqında bilgi almaq üçün ermenilerin hazirladigi saxta siyasi xəritələrdən birinə baxsalar, o zaman, Azərbaycanın hazırkı ərazi bütövlüyünü 86.6000 km deyil, 64.000 km və yaxud Ermənistan ərazisi ölçüsündə 29.800 km tanıyacaqlar. Dinimizi oyrənmək istəsələr "başımız üzərindəki" İran İslam dövlətinin bayragını görüb "terrorçu" şiə deyəcəklər. İndi deyəcəksiniz ki; "başımız üzərində İran bayragı haradan cıxdı?" İsveçdə Azərbaycan dilini yaxşı bilən tərcüməçilərimizin olmamasi səbəbindən, milliyəti bizə məlum olmayan, Nadir adlı bir İranlı, Azərbaycan-İsveç dilində sözlük hazırlayıb. Kitabcanın üzərində isə İsveç və İran bayraqlarını nəşr etdirib. İsveç və Azərbaycan dillərində tərcümə kitabları bu ölkədə nadir tapildigi üçün, mən bu günə qədər İsveç-turk tərcümə kitablarından istifadə edirdim. Türkiye türkcəsində bəzi sözləri anlamadıgım ücün uzun müddət idi azərbaycanca-isveçcə kitab axtarırdım. Nəhayət bu gun axtardıgım kitabı tapa bilsəmdə, üzərində, İran bayragını görəndə çaşıb qaldım. Sizlərdə internet vaistəsi ilə bu sitədən www.kreativpedagogik.se Azərbaycanca-İsveçcə kitabcaya baxa bilərsiniz Kitabın üzərindəki bayragın dəyişdirilməsi üçün, www.presspost.az adından etiraz məktubu hazırlayıb göndermişik. Diasporamızın cox güclü oldugu ölkə kimi İsveçi göstərənlərə isə, fəxrlə diaspora fəaliyyətinizdən agız dolusu danışmaqdandirsa, ana dilimizdən-isveçciyə tərcümə kitabları hazırlamagı tövsiyə edərdim. Mənsur Cəsuroglu İsveç presspost

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar