SON XƏBƏRLƏR

Serj Sarkisyan 5 rayonu qaytarmaq istəyir?

2021.10.20, 07:36
Serj Sarkisyan 5 rayonu qaytarmaq istəyir?

Gunaz.tv
Serj Sarkisyan 5 rayonu qaytarmaq istəyir? serj-sarkisyan.jpg Ermənistan prezidenti Serj Sarkisyan 5 rayonu Azərbaycana qaytarmaq istəyir. Son günlər Yerevanda gəzən söz – söhbətlərə görə, Sarkisyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı gizli planı var. Plana görə, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlardan 5-i azərbaycana qaytarılır. Amma, Laçın rayonu Ermənistanda qalır. Bundan sonra guya rəsmi Bakı Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Erməni siyasətşünasları Ermənistan ictimaiyyətinin qızğın müzakirə etdiyi bu planın əhali tərəfindən dəstəklənmədiyi barədə tələm-tələsik bəyanatlar veriblər. Azərbaycanda isə əmindirlər ki, bu beynəlxalq ictimaiyyəti və vasitəçiləri çaşdırmaq üçün Ermənistanın əl atdığı növbəti hiylədir. Onlar bununla problemin məhz bu yolla həlli variantını vasitəçilərə və Azərbaycana sırımaq istəyirlər. Öyrədilmiş erməni siyasətşünasların əhalinin narazılığından danışması da əbəs deyil. Bununla beynəlxalq vasitəçiləri inandırmaq istəyirlər ki, 5 rayonun qaytarılması ilə rəsmi Yerevan hətta öz vətəndaşlarının etirazına baxmayaraq, problemin həlli naminə Bakıya güzəştə gedir. Azərbaycanın siyasi analitikləri bildirir ki, hətta Sarkisyanın həqiqətən bu cür planı varsa belə bu növbəti sərsəmləmədən başqa bir şey deyil və onun həyata keçməsi qeyri-mümkündür. Birincisi ona görə ki, Azərbaycan xalqı nəinki Laçının, heç bir qarış torpağının da Ermənistana verilməsinə razı olmaz. İkincisi isə rəsmi Bakı ən yüksək səviyədə və dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağa müstəqillik yox, muxtariyyat verməyə hazırdır və bu da 5 rayon qaytarıldıqdan sonra yox, işğal olunmuş bütün Azərbaycan torpaqları azad olunduqdan sonra mümkündür. Ermənistanda da bunu anlayanlar az deyil. Yerevanda mətbuat konfransı keçirən siyasətşünas Armen Aqayan həqiqətə daha çox oxşayan fikirlər səsləndirib. Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkün olmadığını deyən politoloq bildirib ki, müharibə hələ bitməyib və Ermənistan nə qədər sülh razılaşmaları təklif etsə də bu Azərbaycanı qane etməyəcək. Bakı müharibəyə başlamağa hazırdır»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar