SON XƏBƏRLƏR

ERMƏNİLƏR XOCALI FACİƏSİNİ TÖRƏDƏRKƏN AHISKA TÜRKLƏRİNƏ QARŞI DA SOYQIRIM HƏYATA KEÇİRİB

2021.10.20, 07:36
ERMƏNİLƏR XOCALI FACİƏSİNİ TÖRƏDƏRKƏN AHISKA TÜRKLƏRİNƏ QARŞI DA SOYQIRIM HƏYATA KEÇİRİB

Gunaz.tv
ERMƏNİLƏR XOCALI FACİƏSİNİ TÖRƏDƏRKƏN AHISKA TÜRKLƏRİNƏ QARŞI DA SOYQIRIM HƏYATA KEÇİRİB xocali1992.jpg Ermənilər 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı faciəsini törədərkən, təkçə azərbaycanlılara deyil, Ahıska türklərinə qarşı da soyqırım həyata keçirib. 1988-ci ildən burada məskunlaşan Ahıska türklərindən 55 nəfəri ermənilər tərəfindən əsir və girov götürülüb. Həmin gün Ahıskalılar xeyli şəhid verib. Şəhid Abdulla Həmzəyevin həyat yoldaşı Mehriban Bəkirova o günü göz yaşı ilə xatırlayır. 3 günlük körpəsi Günayla birlikdə girov düşdüyü anların dəhşətini bu gün də unuda bilmir. Günayın indi 17 yaşı var. Yenicə həyata göz açan vaxt trməni faşistlərindən aldığı xəsarətlər üzündən şikəstdir. Tarix boyu bir neçə dəfə sürgünlük həyatı yaşayan ahıska türkləri Xocalı şəhərində özbəkistandan çıxarıldıqdan sonra məskunlaşıb. Bundan əvvəl isə doğma yurd-yuvaları Gürcüstandan qovulan bu insanlar Azərbaycanda sığınacaq tapıb. Lakin türklərin qanına susuyan ermənilərin ilk hücumu elə ahıskalıların məskunlaşdığı məhələdən başlayıb. İnsanlar ermənilərin türk-türk deyə şəhərə hücumunu bu gün də dəhşətlə xatırlayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar