SON XƏBƏRLƏR

İran və Suriya MAQATE ilə əməkdaşlıq etmir

2021.10.20, 07:36
İran və Suriya MAQATE ilə əməkdaşlıq etmir

Gunaz.tv
İran və Suriya MAQATE ilə əməkdaşlıq etmir atom-program.jpg İran və Suriya nüvə fəaliyyətlərinin hərbi xüsusiyyəti barədə izahat verməkdən imtina edirlər. Bu bəyanatı atom enerjisi üzrə beynəlxalq agentliyin rəhbəri Məhəmməd Əl-Baradeyi səsləndirib. O, İranın nüvə silahı texnologiyası üzrəndə işi apardığını bildirib. Parisdə keçirilən mətbuat konfransında çıxışışı zamanı Məhəmməd Əl-Bəradeyi bildirib ki, İran və Suriya nüvə obyektlərinə agentliyin müfəttişlərini buraxmırlar. O, əmindir ki, Tehran nüvə silahı əldə etmək üçün texnologiya üzərində iş aparır. İran tərəfi isə nüvə fəaliyyətinin hərbi xarakter daşımadığını, yalnız enerji istehsalı üçün atom texnologiyasının inkişaf etdirildiyini bəyan edib. Atom enerjisi üzrə beynəlxalq agentliyin rəhbəri isə nüvə məsələsinin çözülməsinin hələ gec olmadığı qənaətindədir. O, Birləşmiş Ştatların yeni administrasiyasının təşəbbüsü ilə bu problemin həlli istiqamətində danışıqların gücləndirilə biləcəyini söyləyib. Əl-Baradeyi dialoqun baş tutması üçün təhlükəsizlik sahəsində İrana zəmanət verilməsinin vacib olduğunu da vurğulayıb. O, son zamanlar İranın nüvə obyektlərində yeni sentrifuqların işə salınmamasını beyənlxalq səylərin uğuru kimi dəyərləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar